Tərəfdaşlar

"Azərbaycan Mikro-Kredit"
Bank Olmayan Kredit Təşkilatı

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin aprel ayında AR-ın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsis edilmişdir. BOKT-nın yaradılmasında əsas məqsəd az gəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə institutlarına qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verməkdir.

"M and Parters hüquq firması" 2017-ci ildən başlayaraq Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı ilə korporativ hüquq və problemli kreditlərin idarə edilməsi sahəsində əməkdaşlığa başlamışdır.

“Merkuri”
Bank Olmayan Kredit Təşkilatı

“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır. Məqsədimiz Sizlərə yaxın olmaq, istək və ehtiyaclarınızı qarşılamaq və xidmətlərimizlə Sizi məmnun etməkdir. “Merkuri” Bank olmayan kredit təşkilatı 26 Sentyabr 2012 ci il tarixində məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatına alınmışdır.

"M and Parters hüquq firması" 2017-ci ildən başlayaraq Merkuri Bank Olmayan Kredit Təşkilatı ilə korporativ hüquq və problemli kreditlərin idarə edilməsi sahəsində əməkdaşlığa başlamışdır.

Renessans Palace

Renessans Palace ən yüksək yaşam standartlarına cavab verməklə “ev” anlayışına yeni məna qatan premium səviyyəli yaşayış kompleksidir. Renessans Palace yaşayış kompleksində mənzil əldə etməklə siz çox keyfiyyətli mənzilə sahib olduğunuza və sərfəli yatırım etdiyinizə əmin ola bilərsiniz. Ərazinin abadlığı, dizayn, zəngin infrastruktur avropa səviyyəsində rahat şəhər yaşayış zonasının yaradılması ideyasına tabe olur. Sakit və rahat yaşam üçün lazım olan hər bir amil bu kiçik və rahat dünyada mövcuddur.

"M and Parters hüquq firması" 2017-ci ildən başlayaraq Renessans Palace ilə hüquqi əməkdaşlığa başlamışdır.

Final MTK

Fəaliyyət strategiyasını yalnız sakinlərin rahatlığı və yaxşı yaşaması üzərində quran "Final" Mənzil-Tikinti Kooperativi 2016-cı ldə dövlət qeydiyyatına alınmışdır.
2017-ci ilin iyul ayından başlayaraq isə "Final" MTK Xətai metrosu yaxınlığında 2 girişli 16 mərtəbəli yaşayış kompleksi olan yeni layihəsini təqdim edir.

"M and Parters hüquq firması" 2017-ci ildən "Final" MTK ilə korporativ hüquq sahəsində əməkdaşlığa başlamaqdan çox məmnundur.

BENZOİL

Yanacaq Doldurma Məntəqəsi/Avto Yuma/Avto Təmir/Avtomobil Ehtiyyat Hissələrinin Satışı/Kafe

"M and Parters hüquq firması" 2017-ci ildən başlayaraq Benzoil MMC yanacaqdoldurma məntəqələri şəbəkəsi ilə korporativ hüquq sahəsində əməkdaşlığa başlamışdır.