Partnyorlar
Hafiz NəcəfliHafiz Nəcəfli "M and Partners hüquq firması" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və idarəedici partnyorudur. Ali təhsillidir. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsinin məzunudur. Əsas fəaliyyət sahələri bank və problemli borcların ödənilməsi məsələləri, müxtəlif müqavilələrin tərtibi və təhlil edilməsi, əmlak məsələləri, korporativ hüquq, ailə hüququ, həmçinin mübahisəli məsələlərin həll edilməsi, fiziki və hüquqi şəxslərin müvafiq idarə və təşkilatlarda təmsil olunması və s.-dən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində danışır.
Cabbar Həsənov “M and Partners hüquq firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin partnyorudur. Ali təhsilli hüquqşünasdır. Cinayət hüquq, inzibati hüquq, korporativ hüquq, müqavilə hüququ, ailə hüququ üzrə ixtisaslaşmışdır. Azərbaycan və rus dillərində danışır. Cabbar Həsənov çoxsaylı təlim və treninqlərin iştirakçısı olmuş, o cümlədən, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası üzrə təlimçidir.
2012-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.