Müqavilə hüququ

· Bütün növ müqavilələrin o cümlədən, alqı-satqı, borc, icarə, sifariş, podrat, konsessiya (distribyutorluq), əməkdaşlıq müqavilələri, françayzinq müqavilələri, agentlik razılaşmaları, maliyyə və hüquqi məsləhətlər barədə müqavilələr, konfidensiallıq (məlumatların açıqlanmaması), kommersiya sirri barədə müqavilələr, paylaşdırma razılaşmaları (ekspeditorluq fəaliyyəti üçün), malların (əmtəələrin) təchizatı üçün razılaşmalar, xidmətlərin təchizatı üçün razılaşmalar və digərləri daxil olmaqla kommersiya müqavilələrinin müxtəlif növlərinin layihələrinin hazırlanması;

· Kontragentlərlə danışıqların hüquqi müşayiəti;

· Qanunvericiliyə uyğun olaraq, mülki dövriyyənin bütün sahələri üzrə əqdlərin, müqavilələrin tərtibi, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi;

· İcra prosesində olan müqavilələrin hüquqi auditi, mövcud olan hüquqi risklərə dair hesabatın tərtib olunması;

· Xarici şəxslər və ya şirkətlərlə bağlanılacaq müqavilələrin tələb olunan xarici dildə və beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib olunması;

· Müqavilə üzrə öhdəliklərin icrasında yaranmış mübahisələrin həlli üzrə hüquqi məsləhətlərin verilməsi.