AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ

AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ[1]

Ümumi hissə

I bölmə

Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları[2]

I fəsil

Ümumi müddəalar

Maddə 1.Cəzaların icrası qanunvericiliyi

 

Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 2.Cəzaların İcrası Məcəlləsinin məqsəd və vəzifələri

 

2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır.

2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir.

2.3. Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir.

 

Maddə 3.Cəzaların İcrası Məcəlləsi və beynəlxalq hüquqi aktlar

 

3.1. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktları nəzərə alır.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

3.3. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftardaişgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətinalçaldılmasına yol verilməməsinə əsaslanır.[3]

 

Maddə 4.Cəzaların icrasına dair normativ hüquqi aktlar

 

Müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ hüquqi aktlar qəbul edə bilərlər.

 

Maddə 5.Cəzaların İcrası Məcəlləsinin məkana və zamana görə qüvvəsi

 

5.1. Bu Məcəllə Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edilir.

5.2. Cəzaların icrası, habelə məhkumlara islah edilmə vasitələrinin tətbiqi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi onların icrası zamanı qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.

 

Maddə 6.Cəzaların icrasının əsasları

 

Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.

 

Maddə 7.Cəzaların icrası qanunvericiliyinin prinsipləri

 

Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır.

 

Maddə 8.Məhkumların islah edilməsi və onun əsas vasitələri

 

8.1. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır.

8.2. Məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır:

8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim);

8.2.2. tərbiyə işi;

8.2.3. ictimai faydalı əmək;

8.2.4. ümumi təhsil;

8.2.5.ilk peşə-ixtisas təhsilivə peşə hazırlığı;[4]

8.2.6. ictimai təsir.

8.3. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.

 

II fəsil

Məhkumların hüquqi vəziyyəti

Maddə 9.Məhkumların hüquqi vəziyyətinin əsasları

 

9.1. Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.

9.2. Cəzaların icrası zamanı məhkumlara dair Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar və istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir. Məhkumlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq və azadlıqlardan irəli gələn vəzifələr daşıyırlar.

9.3. Əcnəbi və ya vətəndaşlığı olmayan məhkum şəxslər Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar istisna edilməklə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.

9.4. Məhkumların hüquq və vəzifələri, habelə bu hüquq və vəzifələrin məhdudlaşdırılması cəza növünün icrası və çəkilməsi qaydaları və şərtləri nəzərə alınmaqla bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyənləşdirilir.

 

Maddə 10.Məhkumların əsas hüquqları

 

10.1. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.

10.2. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:

10.2.1. cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;

10.2.2. ictimai faydalı əməklə məşğul olmaq;

10.2.2-1. bədən tərbiyəsi və idmanla məşğul olmaq;[5]

10.2.3. istirahət etmək;

10.2.4. pensiya və ya sosial müavinət almaq;

10.2.5. ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;

10.2.6. öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;

10.2.7. hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;

10.2.7-1. cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;[6]

10.2.8. dini ayinlərin icra edilməsində iştirak etmək;

10.2.9. hüquqi yardım almaq;

10.2.9-1. psixoloji yardım almaq;[7]

10.2.10. təhsil almaq və peşə hazırlığı keçmək;

10.2.11. əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;

10.2.12. cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.

10.3. Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər.

10.4. Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.

10.5. Məhkumların hüquqlarının həyata keçirilməsi qaydası bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilir.

10.6. Məhkumların hüquqlarının həyata keçirilməsi zamanı normativ hüquqi aktların, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulmasına yol verilmir.

 

Maddə 11.Məhkumların əsas vəzifələri

 

11.1. Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər.

11.2. Məhkumlar bu Məcəllənin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.

11.3. Məhkumlar cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməlidirlər.

11.4. Məhkumlar cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar.

11.5. Məhkumlar üzərinə düşən vəzifələri, habelə cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

 

Maddə 12.Məhkumların şəxsi təhlükəsizlik hüququ

12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər.

12.2. Müəyyənmüddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir.[8]

12.3. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir.[9]

 

Maddə 13.Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi

 

13.1. Məhkumların vicdan və dini etiqad azadlığına təminat verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər.

13.2. Məntəqə tipli cəzaçəkməmüəssisələrindəməhkumların xahişi ilə onlara cəzanın icra edildiyiinzibati ərazi vahidihüdudları daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.[10]

13.3. Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin din xadimləri məhkumların xahişi ilə cəzaçəkmə müəssisələrinə dəvət olunurlar. Məhkumlara cəzaçəkmə müəssisələrində dini ayinləri yerinə yetirməyə, dini ləvazimat və ədəbiyyatdan istifadə etməyə icazə verilir. Bu məqsəd üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq yer ayırır.

13.4. Din xadimlərinin şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında, intizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda saxlanılan məhkumların yanına buraxıla bilərlər.

13.5. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə yetirmək üçün cəzaçəkmə müəssisələrinə dəvət oluna bilərlər.

 

Maddə 14.Məhkumların müraciətləri və onlara baxılması qaydaları

 

14.1. Məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər.

14.2. Azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin10.2.12-cimaddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər.[11]

14.3. Məhkumların cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxslərinin qərar və hərəkətlərinə dair təklif, ərizə və şikayətləri həmin qərarların və hərəkətlərin icrasını dayandırmır.

14.4. Məhkumların təklif, ərizə və şikayət göndərdiyi orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər.

14.5. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumları müəyyən edilmiş və onlara bildirmiş günlərdə və saatlarda qəbul edir.

 

III fəsil

Cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət

Maddə 15.Cəzanı icra edən müəssisə və orqanlar

 

15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə və əmlak müsadirəsi növündə cəzalar isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerinicra məmurutərəfindən icra edilir.

15.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

15.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri üzrəicra məmuruvə ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən icra edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barəsində hökmün tələbləri məhkumun iş yeri üzrə, həmçinin qanuna uyğun olaraq fəaliyyətin müvafiq növü ilə məşğul olmağa icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir.

15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir.

15.5. İslah işləri növündə cəzanıicra məmuruicra edir.

15.6. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq cəzaçəkmə müəssisələri həyata keçirirlər.[12]

15.7. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəza hökmü çıxaran məhkəmə tərəfindən icra edilir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barəsində hökmün tələbləri həmin rütbəni, fəxri adı və ya dövlət təltifini verən orqan tərəfindən həyata keçirilir.

15.8. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə bu məqsədlər üçün yaradılmış hərbi hissənin komandiri tərəfindən icra edilir.

15.9. Şərti məhkum edilmiş məhkumlara nəzarətiicra məmurlarıhəyata keçirir.

15.10. İntizamxarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş Daxili İntizam Qaydaları ilə müəyyən edilir.[13]

15.11. Cəzaları icra edən müəssisələr və ya orqanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılır və ya ləğv edilir.

 

Maddə 16.Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi

 

16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumunrazılığı ilə onun ailəsinəvə ya yaxın qohumlarından birinə,yaxud məhkumun göstərdiyi şəxsəona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.[14]

16.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayanşəxslərin razılığı ilə onlarbarəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir.[15]

 

Maddə 17.Məhkumlara tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi

 

17.1. Məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir.

17.2. Məhkumun cəza müddəti ərzində alkoqolizmə və ya narkomaniyaya düçar olması və ya anlaqlılığı istisna etməyən psixi pozuntusunun olması müəyyən edildikdə, cəzanı icra edən müəssisə və ya orqan həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə təqdimat verir.

17.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər müvafiq qanunvericiliyin və bu Məcəllənin tələbləri nəzərə alınmaqla tətbiq edilir.

 

Maddə 17-1.Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri[16]

17-1.1. Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir.

17-1.2. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara təyin edilmiş məcburi müalicə kursu başa çatdıqda, müvafiq icra hakimiyyəti orqanının həkim-məsləhət komissiyası (bundan sonra - həkim-məsləhət komissiyası) aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsini həyata keçirir. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin həkim-məsləhət komissiyası tərəfindən qiymətləndirilməsi qaydası bu Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.

17-1.4. Cəzaçəkmə müəssisəsində cəza çəkən narkoloji xəstə məhkumların səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşması səbəbindən barəsində təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının tibbi rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə cəzanın çəkildiyi yer üzrə məhkəmə tərəfindən həll edilir.

17-1.5. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.

17-1.6. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

17-1.7. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.

17-1.8. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

17-1.9. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı əsasında həyata keçirilir.

 

Maddə 18.Cəzaların icrasına müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti

Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.

 

Maddə 19.Məhkəmə nəzarəti

 

19.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.

19.2 Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir.

19.3. Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir.

 

Maddə 20.Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı

 

20.1. İctimai təşkilatlar məhkumların islah edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər.

20.2. İctimai təşkilatların məhkumların islah edilməsində iştirakı və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.

 

Maddə 21.Prokurorluğun cəzaların məqsədinə nail olunmasında iştirakı

 

Prokurorluğun məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılarkən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 22.Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi

 

22.1. Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər.[17]

22.1-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.[18]

22.2. Kütləvi informasiya vasitələrinin nümayəndələri və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər.

22.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.4. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir.

22.5. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.

 

Xüsusi hissə

II bölmə

Məhkumun cəmiyyətdən təcrid edİlməsi ilə əlaqədar olmayan cəzaların icrası

IV fəsil

Cərimə növündə cəzanın icrası

Maddə 23.Cərimə növündə cəzanın icrası qaydası

 

23.1. Məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir.icra məmurucərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir.

23.2. Məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və yamüddəti göstərilməkləonun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.[19]

 

Maddə 24.Cərimənin məcburi qaydada tutulması

24.1. Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir.

24.2. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.

 

Maddə 25.Cərimə növündə cəzanı icra edən orqan

 

Əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerinicra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerinicra məmurutərəfindən həyata keçirilir.

 

Maddə 26.Cəriməni ödəməkdən boyun qaçırmanın nəticələri

 

Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünüicra məmurununtəqdimatına əsasən ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.

 

Maddə 27.Cərimə növündə cəzanın icrasının qurtarması

 

İcra məmurucərimənin tam ödənilməsi haqqında hökmü çıxarmış məhkəməyə məlumat verir.

V fəsil

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası

Maddə 28.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası

 

28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçünicra məmurugöndərir.

28.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerinicra məmurunagöndərir.

28.3. ləğv edilmişdir.[20]

28.4. Cəzanın icrası müddətində məhkummüddətli həqiqi hərbi xidmətə çağırılarsa və yahərbi xidmətə qəbul edilərsə,icra məmurunuhökmün surətini cəzanın icrası üçünmüvafiq hərbi komissarlığa və yaməhkumun xidmət yerinə göndərir.[21]

 

Maddə 29.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri

 

29.1. İşəgötürən hökmün surətini aldığı gündən sonra üç gün ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verir və məhkəmənin hökmünə uyğun olaraq məhkumun əmək kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir. Hökmü çıxarmış məhkəməyə bu barədə dərhal məlumat verilir.

29.2. İşəgötürən hökmə zidd olmadıqda məhkumun razılığı ilə ona başqa vəzifə və ya başqa fəaliyyət növü ilə məşğul olmaq imkanı yarada bilər.

29.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs əmək müqaviləsi bağlayarkən onun əmək kitabçasında müvafiq qeyd olmadıqda işəgötürən bu cəzanın icrasına nəzarət edən müvafiqicra məmurununtəqdimatı ilə məhkəmənin hökmünə uyğun olaraq həmin əmək kitabçasında onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir.

29.4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza çəkmiş, yaxud qanunla müəyyən edilmiş qaydada bu cəzadan azad edilmiş şəxsə onun xahişi ilə əmək kitabçası əvəzinə bu kitabçanın cəza haqqında qeyd yazılmış dublikatı verilir.

 

Maddə 30.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri

 

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum olunmuş şəxslər əsas cəzanı çəkərkən, cəzanı icra edən müəssisə və ya orqan bu şəxsləri hökmdə qadağan edilmiş işlərə cəlb edə bilməz.

 

Maddə 31.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı məhkəmə icrasının vəzifələri

 

31.0. Məhkumun yaşadığı yerinicra məmuru:

31.0.1. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmünün tələblərinə məhkumun riayət etməsinə nəzarət edir;

31.0.2. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmündə nəzərdə tutulan tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır.

Maddə 32.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddətinin hesablanması

 

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.[22]

 

Maddə 33.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icra edilməməsinin nəticələri

 

33.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs hökmdə görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud hökmlə ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqdaicra məmuruişəgötürənə məlumat verərək, məhkumun hökmlə qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir.

33.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkum cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, habelə vəzifəli şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanı qərəzli icra etmədikdə onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil

İctimai işlər növündə cəzanın icrası

Maddə 34.İctimai işlər növündə cəzanın icrası qaydası

 

34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdəicra məmuruicra edir.

34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icraməmurutərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar.

34.3.icra məmuruməhkumların qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, məhkumların davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.

 

Maddə 35.İctimai işlər növündə cəzanın çəkilməsi və icrası şərtləri

 

35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədəicra məmurunaməlumat verməlidirlər.

35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır.

35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

 

Maddə 36.İctimai işlər növündə cəzanın müddətinin hesablanması

 

36.1. İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır.

36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddətiistirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günüvə məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqdaicra məmuruməhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər.[23]

 

Maddə 37.İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri

 

İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürən məhkumlar üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədəicra məmurunaməlumat verir.

 

Maddə 38.İctimai işlər növündə cəza çəkən şəxslərin məsuliyyəti

 

38.1. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsi qaydalarını pozduqda,icra məmuruona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

38.2. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda,icra məmuruAzərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzanınmüəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzailə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.[24]

 

Maddə 39.İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırma

 

39.0. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar.

39.0.1. üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar;

39.0.2. ayda iki dəfədən çox cəzanın icrası yerlərində əmək intizamını pozanlar;

39.0.3. cəzanı çəkməmək məqsədilə gizlənənlər.

 

VII fəsil

İslah işləri növündə cəzanın icrası

Maddə 40.İslah işləri növündə cəzanın icrası yeri

 

İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir.

 

Maddə 41.İslah işləri növündə cəzanın icrası qaydası

 

41.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər.

41.2. Hökm çıxarıldıqdan sonra ağır xəstəliyə düçar olmuş məhkumlar və ya onların qanuni nümayəndələri cəzanın bu növünü daha yüngül cəza növü ilə əvəz etmək haqqında məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Həmin müraciət məhkəmə tərəfindən həll edilənədək göstərilən şəxslər islah işlərini çəkməyə cəlb edilmirlər.

 

Maddə 42.İslah işləri növündə cəzanın icrasının təşkili

 

42.1. İslah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. Cəzanın çəkildiyi yer üzrə işəgötürən məhkumun davranışına nəzarət edir və onunla tərbiyə işinin aparılmasındaicra məmurunakömək edir.

42.2. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəza çəkmək üçün müəyyən edilmiş qaydaya riayət etməli, cəzanın bu növünü icra edənicra məmurununçağırışına gəlməlidirlər. Üzrlü səbəblər olmadan bu tələbə əməl edilmədikdə, məhkum məcburi gətirilə bilər. Məcburi gətirilmə məhkəmənin qərarı ilə həyata keçirilir.

 

Maddə 43.İslah işləri növündə cəzanın icra edilməsi

 

43.1. İslah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir.

43.2.icra məmuruislah işləri növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökmün surətini və göstərişi aldıqdan sonra üç gün müddətində hökmün surətini və müəyyən edilmiş formada bildirişi işəgötürənə göndərir. Məhkum əvvəlki iş yerindən getdikdə və heç yerdə işləmədikdə,icra məmuruməhkuma üç ay müddətində işə girməyi təklif edir və zəruri olduqda ona işə düzəlməkdə kömək edir. Göstərilən müddətdə məhkum üzrlü səbəblər olmadan işə girmədikdə, onun barəsində bu Məcəllədə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.

43.3. İşsiz məhkum özü işə düzəlməli və yaicra məmurununiştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz.

 

Maddə 44.İslah işləri növündə cəzanın icrası şərtləri

44.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur.

44.2. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir.

44.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

 

Maddə 45.İslah işləri növündə cəzanın icrası müddətinin hesablanması

 

45.1. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır.

45.2. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün bu Məcəllə ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir.

45.3. Məhkumun üzrlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil edilir.

45.4. Kənd təsərrüfatı müəssisələrində məhkumların işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda, obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi müddətinə hesablanır.

45.5. İslah işləri növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın icrası müddətinə hesablanmır.

 

Maddə 46.İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar

 

46.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır.

46.2. Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəkiqazancından pul məbləği tutulur.[25]

46.3. Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır.

46.4. Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir.

46.5. Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır.

46.6. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv olunduqda və ya dəyişdirildikdə məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.

 

Maddə 47.İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürənin vəzifələri

 

47.0. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürən:

47.0.1. məhkəmə hökmünün məzmununu əmək kollektivinin nəzərinə çatdırır;

47.0.2. iş yeri üzrə məhkumların davranışına nəzarət edir və onlarla tərbiyə işinin aparılmasındaicra məmurunakömək edir;

47.0.3. məhkumların əmək intizamına riayət etməsinə nəzarət edir, onlara ixtisaslarının artırılmasında kömək edir;

47.0.4. məhkum barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi və məhkumun cəza çəkməkdən boyun qaçırması, başqa işə keçməsi və ya işdən azad olması haqqında əvvəlcədənicra məmurunaməlumat verir;

47.0.5. məhkumun qazancından dövlət nəfinə tutulmaları düzgün və vaxtında aparır və tutulmuş məbləğləri müəyyən edilmiş qaydada dövlət nəfinə keçirir;

47.0.6. islah işləri növündə cəzanın icrası üçün bu Məcəllədə nəzərdə tutulmuş şərtləri yerinə yetirir.

 

Maddə 48.İslah işləri növündə cəzanı icra edənicra məmurununvəzifələri

 

48.0. İslah işləri növündə cəzanı icra edənicra məmuru:

48.0.1. islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərə zəruri hallarda işə düzəlməkdə köməklik göstərir;

48.0.2. məhkumların qazancından tutulmaların düzgün aparılmasına və cəzanın icrası üçün bu Məcəllədə müəyyən edilmiş şərtlərə işəgötürən tərəfindən riayət olunmasına nəzarət edir;

48.0.3. məhkumlarla tərbiyə işini aparır;

48.0.4. məhkumlar barəsində bu Məcəllədə nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;

48.0.5. məhkum olunmuş şəxslərin fərdi qeydiyyatını aparır;

48.0.6. yeri məlum olmayan məhkumların müəyyən olunmuş qaydada axtarışını təşkil edir.

 

Maddə 49.İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində işəgötürənin tətbiq etdiyi mükafatlandırma və intizam tənbehi tədbirləri

 

İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mükafatlandırma və intizam tənbehi tədbirləri tətbiq edilir.

 

Maddə 50.İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsindəicra məmurlarıtərəfindən tətbiq edilən həvəsləndirmə tədbirləri

 

Nümunəvi davranışına görə məhkumaicra məmurutərəfindən təşəkkür elan edilə və ya əvvəllər verilmiş tənbeh götürülə bilər.

 

Maddə 51.İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsindəicra məmurlarıtərəfindən tətbiq edilən tənbeh tədbirləri

 

51.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuruməhkuma xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər.

51.2. Tənbeh verilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın aşkara çıxarıldığı gündən bir ay keçdikdən sonra məhkuma tənbeh verilə bilməz. Məhkum ona verilmiş tənbehdən yuxarı vəzifəli şəxsə şikayət edə bilər.

51.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı çəkməkdən boyun qaçırdıqda,icra məmuruonlara rəsmi xəbərdarlıq edir.

51.4. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qəsdən boyun qaçırdıqda, icra məmuruAzərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsininazadlığın məhdudlaşdırılması və yamüəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir.[26]

 

VIII fəsil[27]

 

Azadlığın məhdudlaşdırılması növündə cəzanın İcrası

 

Maddə 52.Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası yeri

 

52.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən xüsusi müəssisələrdə çəkirlər.

52.2. Cəzaları azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz edilmiş məhkumlar cəzanı çəkmək üçün digər xüsusi müəssisələrə göndərilə bilərlər.

52.3. Azadlığın məhdudlaşdırılması növündə cəzanı icra edən xüsusi müəssisənin müdiriyyəti cəza çəkmək üçün göndərilən şəxslərin əmək və məişət təminatına köməklik göstərməlidirlər.

 

Maddə 53.Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerlərinə göndərilməsi

 

53.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və ya cəzaları bu cəza növü ilə əvəz edilmiş şəxslər cəzanın icrası yerlərinə müstəqil gedirlər. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti vəya icra məmuruməhkəmənin hökm və ya qərardadına əsasən məhkuma cəzanın icrası yerinə getmək haqqında göstəriş təqdim edir. Göstərişi alan məhkum göstərişdə müəyyən edilən vaxtda cəzanın icrası yerinə gəlməlidir.

53.2. Məhkum cəzanın icrası yerinə getmək haqqında göstərişi almaqdan və ya cəzanın icrası yerinə getməkdən, habelə digər formada cəzanın çəkilməsindən boyun qaçırarsa, bu halda məhkum məhkəmənin qərarı ilə polis orqanları tərəfindən yeddi gün müddətinə tutulur.

53.3. Tutulduqdan sonra məhkum, müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunan şəxslər üçün müəyyən edilmiş qaydada cəzanın icrası yerinə göndərilir və onun cəza çəkməkdən qərəzli boyun qaçırması müəyyən edildikdə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verilir.

53.4. Xüsusi müəssisənin müdiriyyəti tərəfindən məhkum qeydiyyata alındıqdan sonra ona beş gün müddətədək ailəsi ilə görüşmək üçün icazə verilə bilər.

53.5. Ailəsi ilə görüşməyə icazə verilmiş məhkum müəyyən olunmuş vaxtda xüsusi müəssisəyə qayıtmadıqda məhkəmənin qərarı ilə polis orqanı tərəfindən tutulur.

 

Maddə 54.Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin hesablanması

 

54.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun xüsusi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanır.

54.2. Hökm qanuni qüvvəyə minənədək m

Haqqımızda

M and Partners hüquq firması peşəkar hüquqşünaslar tərəfindən təsis edilərək, korporativ, fərdi və hüquqi konsaltinq xidmətləri göstərən şirkətdir. Şirkətimizin əsas məqsədi hər bir müştərinin tələblərini fərdi şəkildə təhlil edərək, müxtəlif hallarda ən uyğun həll yollarının müəyyən olunması, mövcud olan mübahisə və məsələlərin kompleks şəkildə həlli, profesionallıq, etibarlılıq, vicdanlılıq və konfidensiallıq prinsiplərinə əsaslanaraq yüksək səviyyəli hüquq xidmətləri göstərməkdən, o cümlədən, hüquqi maarifləndirmə tədbirlərinin təşkilindən ibarətdir.

Əlaqə məlumatları

  •   Akademik Həsən Abdullayev küçəsi 13
  •   (+994 12) 497 03 88
  •   (+994 55) 202 61 16
  •   [email protected]