Ailə hüququ

· Ailə nigah məsələləri üzrə mübahisələrin həlli;

· Nikaha xitam verilməsinə (etibarsız sayılmasına) dair mübahisələrin məhkəmyəqədər və məhkəmə qaydasında həlli;

· Aliment (alimentin azaldılması və artırılması);

· Ər-arvadın əmlakının qanuni rejimi, birgə mülkiyyət (əmlak), ər-arvadın ümumi əmlakının bölünməsi və payların müəyyən edilməsi ilə bağlı meydana gələn mübahislərin həlli;

· Ər-arvadın mülkiyyətinin müqavilə rejimi, nikah müqaviləsinin tərtib edilməsi, mübahisələrin (nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi) həlli;

· Uşağın mənşəyinin müəyyən edilməsi, atalığın tanınması faktının müəyyən olunması və bu sıradan olan mübahisələrin həlli;

· Uşağın əmlak və digər hüquqları, uşağın müdafiə hüququ və digər məsələlərlə bağlı məsləhətlərin verilməsi;

· Valideynlik hüquqlarının müdafiəsi istiqamətində məsləhətlərin verilməsi, təmsilçilik;

· Uşaqların (ər-arvadın, yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacıların, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənələri, ögey ata və ananın, ailənin başqa üzvlərinin) saxlanılması üçün alimentin tutulması, alimentin ödənilməsi barədə saziş və digər məsələlərlə bağlı hüquqi yardımın göstərilməsi və təmsilçilik;

· Övladlığa götürülmə və onun ləğvi, qəyyumluq və himayənin təyin edilməsi istiqamətində hüquqi yardımın təşkili;

· Əmlak bölgüsü (başqa şəxslərin adına olan əmlakların bölünməsi);

· Uşaqla ünsiyyət hüququnun bərpa edilməsi ilə bağlı mübahisələr (uşağın ata, ana, nənə, baba və digər qohumlar ilə uşağın görüşü);

· Valideynlərdən birinin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı mübahisələrin həlli;

· Ərin adına olan əmlakların tapılması və bölünməsi;

· Vərəsəlik və miras məsələləri;

· Ailə qanunvericiliyinə dair məsləhətlərin verilməsi və s.