Müəssisənin fəaliyyətinin hüquqi müşayiəti

· Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və yenidən təşkili;

· Hüquqi şəxsin təsis sənədlərinin, o cümlədən nizamnaməsinin hazırlanması və ya onlara dəyişiklik edilməsi;

· Müəssisə və ya təşkilatın təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin kompleks müşayiəti;

· Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinin hüquqi ekspertizası, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak, icra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi;

· Xarici şəxslər və ya şirkətlərlə bağlanılacaq müqavilələrin tələb olunan xarici dildə və beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib olunması;

· Qanunvericilik bazası (kağız və ya elektron formatlarda) ilə təminat;

· Lisenziya və icazələrin alınması;

· Müəsisənin əmək müqavilələrinin hazırlanması və əmək hüququ üzrə konsultasiya xidmətləri;

· Müəssisə və ya təşkilatın hüquqi auditinin həyata keçirilməsi və nəticəsinə dair yazılı hesabatın verilməsi;

· Müəssisə daxili normativ sənədlərin hazırlanması (əsasnamələr, qaydalar, prosedurlar, təlimatlar və s.)

· Müflisləşmə və ləğvetmə proseslərinin hüquqi müşaiyəti;

· İqtisadi mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həlli;

· Müəssisə və ya təşkilatın hüquq və maraqlarının dövlət və ya məhkəmə orqanları, eyni zamanda 3-cü şəxslər qarşısında müdafiəsi;