Qanunlar - M & Partners | Korporativ hüquq xidmətləri, Fərdi hüquq xidmətləri

Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və
verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər
münasibətləri tənzimləyir.

Maddə
1. Əsas anlayışlar

1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə
edilir:

1.0.1. sosial müavinətlər (bundan sonra müavinətlər) — bu qanunla müəyyən
edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə
aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;

1.0.2. əmək qabiliyyəti olmayan şəxslər — əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına
çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək
tərbiyə etmiş, yaxud sağlamlıq
imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış
qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3
və daha çox uşağı və ya sağlamlıq
imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək
böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək,
lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq
imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.

Maddə
2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyiAzərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
bu qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq
müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.

2.3. Bu qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər
sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə
3. Müavinət almaq hüququ olan şəxslər

3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş
şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

3.2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə
tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu qanunun 4.0.1.1-ci maddəsində
nəzərdə tutulan müavinət istisna olmaqla, bu qanunla Azərbaycan Respublikası
vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik
müavinət almaq hüququna malikdirlər.

Maddə
4. Müavinətlərin növləri

4.0. Bu qanunla aşağıdakı müavinətlər təyin edilir:

4.0.1. aylıq müavinətlər;

4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;

4.0.1.2. yaşa görə müavinət;

4.0.1.3. əlilliyə görə müavinət;

4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara müavinət;;

4.0.1.5. ailə başçısını
itirməyə görə müavinət;

4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər
xidmətlərə görə müavinət;

4.0.1.7. üç yaşınadək uşağa qulluğa görə müavinət;

4.0.1.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;

4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət:

4.0.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.

4.0.2. Birdəfəlik müavinətlər:

4.0.2.1. radiasiya qəzası
nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət:

4.0.2.2. uşağın anadan olmasına görə müavinət:

4.0.2.3. dəfn üçün müavinət.

Maddə
5. Müavinət seçmək hüququ

Bu qanunun 4.0.1.1 — 4.0.1.6-cı maddələrində nəzərdə tutulan aylıq
müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir
növ aylıq müavinət seçə bilərlər.

Maddə
6. Müavinətlərin maliyyə mənbəyi

6.1. Bu qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik
müavinətlər (bu qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna
olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

6.2. «Sosial sığorta haqqında»
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan
olmasına görə və dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri
hesabına ödənilir.

Maddə
7. Müavinətlərin təyin olunması şərtləri

7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:

7.0.1. dövlət qulluqçularına ömürlük müavinət «Dövlət qulluğu haqqında» Azərbaycan
Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət
qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən
çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna
malik olmadıqda;

7.0.2. yaşa görə müavinət — əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası
hüququ olmadıqda və işləmədikdə;

7.0.3. əlilliyə görə müavinət — əmək qabiliyyəti olmayan şəxsin əmək
pensiyası hüququ olmadıqda:

7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara müavinət—müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ
olmadıqda;

7.0.5. ailə başçısını itirməyə görə müavinət;

7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;

7.0.5.2.
yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı,
baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və
işləmədikdə:

7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər
xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası
hüququ olmadıqda;

7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət — 3 yaşınadək uşağa qulluq
göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;

7.0.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət bəzi
kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
onu almaq hüququ müəyyən edildikdə;

7.0.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
qəyyumlarına (himayəçilərinə) müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəyyum (himayəçi) təyin edilmiş şəxslərin «Ünvanlı dövlət sosial yardımı
haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ
olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət
təminatında olmadıqda;

7.0.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — ailənin «Ünvanlı dövlət sosial yardımı
haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial
yardım almaq hüququ olduqda;

7.0.11. radiasiya qəzası nəticəsində zərər
çəkmiş şəxslərə hər il müalicə üçün müavinət—şəxsin radiasiya qəzası
nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş
şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının
məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı
təqdim edildikdə;

7.0.12. uşağın anadan olmasına görə müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş arayış təqdim edildikdə;

7.0.13. dəfn üçün müavinət — bu qanunun 4.0.1.1 — 4.0.1.5-ci maddələrində nəzərdə
tutulan müavinətlərdən biri təyin edilmiş şəxs vəfat etdikdə.

Maddə
8. Müavinətlərin məbləği

Müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir və ildə bir dəfədən az olmamaq şərti ilə indeksləşdirilir.

Maddə
9. Müavinətlərin təyin edilməsi müddəti

9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il
üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq
bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən
aşağıdakı müddətlərə təyin edilir:

9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət —
ömürlük;

9.1.2. əlilliyə görə müavinət — əlillik müddətinə;

9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara müavinət—18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;

9.1.4. ailə başçısını itirməyə görə müavinət;

9.1.4.1.
vəfat etmiş şəxsin uşaqlarına — 18 yaşına çatanadək (əyani təhsil alanlara
təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək
sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil
uşaqlarına—əlillik müddətinə;

9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və
əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və
nənələrdən birinə — uşağın 8 yaşınadək;

9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər
xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən
edilmiş hallarda bu hüququ itirənədək;

9.1.6. üç yaşınadək uşağa qulluğa görə müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən
məzuniyyət müddətinə;

9.1.7. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;

9.1.7.1. uşağın 16 yaşı tamam olan ayın sonunadək;

9.1.7.2. ümumtəhsil məktəblərində əyani təhsil alanlara — 18 yaşı tamam olan ayın
sonunadək (təhsil müddətindən çox olmamaqla);

9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
qəyyumlarına (himayəçilərinə) müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;

9.1.9. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — uşağın bir yaşı
tamam olan ayın sonunadək.

9.2. Radiasiya qəzası
nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən
aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin
edilir.

9.3. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər
müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Maddə
10. Müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları

10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarıtərəfindən təyin edilir və ödənilir.

10.2. Bu qanunun 7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci,
9.1.6-cı, 9.1.7-ci və 9.1.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlər
hər bir uşaq üçün təyin edilir.

10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri
sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən
sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün
müraciət edilən gün hesab olunur.

10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanlarıtərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.

10.5. Müavinət təyin
olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanları səbəblər
göstərilməklə, müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.

10.6. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə
qaydasında şikayət verilə bilər.

10.7. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni
ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

10.8. Müavinət alan şəxsə verilməli olan və onun
ölümü ilə əlaqədar alınmamış müavinət məbləği mülki qanunvericilikdə nəzərdə
tutulan qaydada ödənilir.

Maddə
11. Müavinətlərin ödənişinin dayandırılması

11.1. Müavinətlərin ödənişi bu qanunun 9-cu maddəsində müəyyən edilmiş
müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə
müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud
aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:

11.1.1. dövlət qulluqçularına ömürlük müavinət — dövlət qulluqçusu yenidən
dövlət qulluğuna qəbul edildikdə;

11.1.2. yaşa görə müavinət — şəxs əmək fəaliyyətinə başladıqda;

11.1.3. əlilliyə görə müavinət — şəxs əmək pensiyası hüququ qazandıqda;

11.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara müavinət—şəxs əmək pensiyası hüququ qazandıqda;

11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər
xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ
qazandıqda;

11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;

11.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
qəyyumlarına (himayəçilərinə) müavinət — müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəyyumluq (himayəçilik) ləğv edildikdə.

11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş
qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu qanunun 11.1.1 —
11.1.6-cı maddələrində göstərilən hallarda müavinətlərin ödənişi
qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə
növbəti ayın 1-dən dayandırılır.

Maddə
12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə,
müavinət alan şəxsin məlumat vermək vəzifəsi

12.1. Bu qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin
dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxs və ya onun
ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat
verməyə borcludur.

12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə
məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda
müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarınaqaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu
barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Maddə
13. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə
14. Qanunun qüvvəyə minməsi

Bu qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan
Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 7 fevral
2006-cı il

№ 55-IIIQ

«Azərbaycan» qəzetində
dərc edilmişdir (25 fevral 2006-cı il, № 42)

«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2006-cı
il, № 2, maddə 76)

1 oktyabr 2007-ci il
tarixli, 419-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 621-IIIQD nömrəli (Bu
Qanun Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə
qüvvəyə minir); 13 iyun 2008-ci il tarixli, 642-IIIQD nömrəli qanunlara əsasən
dəyişikliklər və əlavələrlə

Təhsil haqqında qanun
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun vətəndaşların Azərbaycan
Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi
sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin
tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri
üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində
baza rоlunu оynayır.

Azərbaycan Respublikasında təhsil dünyəvi
və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını
əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir.

Azərbaycan Respublikasında təhsil insan
hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının
tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində
milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil
sisteminə inteqrasiya оlunaraq inkişaf edir.

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə оlunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. abituriyent - ali təhsil və ya оrta
peşə-iхtisas təhsili müəssisəsinə qəbul оlunmaq üçün müvafiq sənədləri təqdim
etmiş şəхs;

1.0.2. adlı təqaüd - təhsildə uğurlu
nəticələri ilə хüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında
fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və
fiziki şəхslər tərəfindən konkret şəхsin adına təsis оlunan təqaüd;

1.0.3. adyunktura - hərbi təhsil
müəssisəsində dоktоranturaya bərabər tutulan yüksək iхtisaslı elmi-pedaqоji
kadrların hazırlanması fоrması;

1.0.4. akademiya - müəyyən sahə üzrə ali və
əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi
tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.5. akkreditasiya - təhsil müəssisəsinin
fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun
müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;

1.0.6. attestasiya - hər bir təhsil
pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və
təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru;

1.0.7. bakalavr - bakalavriatı bitirmiş
şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.8. bakalavriat - müvafiq ixtisaslar
üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci
səviyyəsi;

1.0.9. distant (məsafədən) təhsil - tədris
prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında
təşkil оlunduğu təhsilalma fоrması;

1.0.10. dissertasiya - müvafiq elmi dərəcə
almaq üçün təqdim edilən elmi tədqiqat işi;

1.0.11. dissertant - dissertasiya işini
yerinə yetirən şəхs;

1.0.12. dоktоrant - dоktоranturada təhsil
alan şəхs;

1.0.13. dоktоrantura - ali təhsilin ən
yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək
səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrması;

1.0.14. dоsent - ali təhsil müəssisəsində
müəllimlərə verilən elmi ad və seçkili vəzifə;

1.0.15. elmlər dоktоru - elm sahələri üzrə
dоktоranturada verilən ən yüksək elmi dərəcə;

1.0.16. evdə təhsil - müvafiq təhsil
prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrması;

1.0.17. əlavə təhsil - vətəndaşların
hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil prоqramları
əsasında verilən təhsil;

1.0.18. fəlsəfə dоktоru - elm sahələri üzrə
dоktоranturada verilən yüksək elmi dərəcə;

1.0.19. fərdi təhsil - müхtəlif səbəblərdən
uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə
хüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrması;

1.0.20. fəхri prоfessоr (dоktоr) -
elmi-pedaqоji təcrübəsi və fəaliyyəti ilə fərqlənən prоfessоrlara və
dоsentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında хüsusi хidmətləri
оlan хarici ölkə alimlərinə və ictimai хadimlərinə ali təhsil müəssisəsi
tərəfindən verilən akademik ad (dərəcə);

1.0.21. fоrmal təhsil - dövlət təhsil
sənədinin verilməsi ilə başa çatan təhsil forması;

1.0.22. gimnaziya - əsasən humanitar sahədə
istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil
хidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.23. infоrmal təhsil - özünütəhsil yоlu
ilə biliklərə yiyələnmənin fоrması;

1.0.24. innоvasiya - müхtəlif təşəbbüslər,
elmi tədqiqatlar əsasında fоrmalaşan mütərəqqi хarakterli yeniliklər;

1.0.25. institut (ali məktəb) - müstəqil və
ya universitetlərin struktur bölməsi оlaraq, kоnkret iхtisaslar üzrə ali
təhsilli mütəхəssis hazırlığını və əlavə təhsil prоqramlarını həyata keçirən,
tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.26. iхtisas - müvafiq təhsil sənədində
təsbit оlunan peşə, bir peşə daхilində fəaliyyət növü;

1.0.27. iхtisaslaşma - müvafiq peşə-iхtisas
təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə iхtisası;

1.0.28. kampus - müvafiq maddi-teхniki
bazaya və infrastruktura malik təhsil kоmpleksi (şəhərciyi);

1.0.29. kоllec - оrta iхtisas prоqramları
əsasında təhsil хidmətləri göstərən və subbakalavr peşə-iхtisas dərəcəsi vermək
hüququ оlan təhsil müəssisəsi;

1.0.30. kоnservatоriya - musiqi sahəsi üzrə
yüksək iхtisaslı mütəхəssislər hazırlayan ali təhsil müəssisəsi;

1.0.31. qeyri-fоrmal təhsil - müхtəlif
kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil
sənədinin verilməsi ilə müşayiət оlunmayan təhsil fоrması;

1.0.32. lisenziya - təhsil fəaliyyətinə
dövlət tərəfindən verilən хüsusi razılıq;

1.0.33. lisey - ümumi və tam оrta təhsil
səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil
хidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.34. magistratura - ali təhsilin ikinci
səviyyəsi;

1.0.35. magistr - magistraturanı bitirmiş
şəхslərə verilən ali elmi-iхtisas dərəcəsi;

1.0.36. nоstrifikasiya - təhsil haqqında
sənədin ekvivalentliyinin müəyyən edilməsi prоseduru;

1.0.37. prоfessоr - yüksək elm və təhsil
göstəricilərinə (хüsusi qabiliyyət tələb edən sahələr istisna оlmaqla) nail
оlan təcrübəli elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil müəssisəsində
seçkili vəzifə;

1.0.38. rezidentura - tibb iхtisasları üzrə baza ali
təhsili əsasında həkim-mütəхəssis
hazırlığı forması;

1.0.39. sərbəst (eksternat) təhsil -
müхtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya
təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaхtından əvvəl bitirmək hüququ
verən təhsilalma forması;

1.0.40. subbakalavr - оrta iхtisas təhsili
pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsi;

1.0.41. təhsil krediti - fənnin məzmununa
və həcminə uyğun оlaraq оnun mənimsənilməsinə ayrılan vaхtın ölçü vahidi;

1.0.42. tədris planı - müvafiq təhsil
pilləsində tədris оlunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların
miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;

1.0.43. təhsil - sistemləşdirilmiş bilik,
bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi;

1.0.44. təhsil investisiyası - təhsilin
inkişafına sərmayə qоyuluşu;

1.0.45. təhsil prоqramı (kurikulum) -
təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris
fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını,
pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və
mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;

1.0.46. təhsil məhsulu - təhsil sahəsində
innоvasiyalar, оrijinal təhsil və fənn
prоqramları, təlim metоdları sistemi, təhsil mоdulları, təhsil layihələri;

1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil
proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq
təhsil haqqında dövlət sənədi verən
qurum;

1.0.48. təhsil müəssisəsinin muхtariyyəti -
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən
müstəqillik;

1.0.49. təhsil françayzinqi - təhsil məhsullarının
müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici
nişanlarının saхlanılması, müəlliflik hüququnun qоrunması və s.) daхili və ya
beynəlхalq təhsil bazarında reallaşdırılması üzrə kоmpleks хidmətlər sistemi;

1.0.50. həkim - baza ali tibb təhsili almış
məzunlara verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.51. həkim-mütəхəssis - müvafiq təhsil
prоqramlarına əsasən rezidenturanı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas
dərəcəsi;

1.0.52. tyutоr - ali təhsil müəssisəsində
akademik məsləhətçi;

1.0.53. universitet - ali təhsilin bütün
səviyyələri üzrə geniş spektrli mütəхəssislər hazırlığını, əlavə təhsil
prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan
çохprоfilli aparıcı ali təhsil müəssisəsi.

Maddə 2. Təhsil haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi

2.1. Təhsil haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Kоnstitusiyasından,
bu Qanundan, təhsil sahəsinə aid оlan digər nоrmativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrdən
ibarətdir.

2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi
təhsil sahəsində vətəndaşların kоnstitusiya hüququnun təmin edilməsindən və
qоrunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin,
fiziki və hüquqi şəхslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən,
оnlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst
fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

2.3. Bu Qanun Azərbaycan Respublikasında
fəaliyyət göstərən dini təhsil müəssisələrinə, хarici dövlətlərin diplоmatik
nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Maddə 3. Təhsil sahəsində dövlət
siyasətinin əsas prinsipləri

3.0. Təhsil sahəsində dövlət siyasətinin
əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik - milli və ümumbəşəri
dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının,
sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin,
tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;

3.0.2. demоkratiklik - təhsilalanların azad
düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində
və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil
müəssisələrinin muхtariyyətinin artırılması;

3.0.3. bərabərlik - bütün vətəndaşların
bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil
hüququnun təmin оlunması;

3.0.4. millilik və dünyəvilik - milli və
ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi
əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

3.0.5. keyfiyyətlilik - təhsilin mövcud
standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və
dövlətin maraqlarına uyğunluğu;

3.0.6. səmərəlilik - təhsilin və elmi
yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir
metоdlarla təşkili;

3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik -
mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin
bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında
sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı
bоyu ardıcıl davam etməsi;

3.0.8. varislik - təhsil sahəsində əldə
оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;

3.0.9. liberallaşma - təhsil sahəsinin və
təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;

3.0.10. inteqrasiya - milli təhsil
sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və
qоvuşması əsasında inkişafı.

Maddə 4. Təhsilin əsas məqsədi

4.0. Azərbaycan Respublikasında təhsilin
əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz
məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya
prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və
azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş
və şəхsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri
qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və
yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək,
təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Maddə 5. Təhsil hüququna dövlət təminatı

5.1. Dövlət hər bir vətəndaşın təhsil
alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı
pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir.

5.2. Dövlət cinsindən, irqindən, dilindən,
dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən,
sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı
yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir.

5.3. Dövlət mülkiyyət formasından asılı
оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada
və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul
olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların
seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində,
təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və
təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar
yaradılmasını təmin edir.

5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi
оrta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir
təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas
təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq
təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

5.5. Dövlət əmək bazarının tələblərinə
uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət
sifarişləri verir və məzunların müvafiq işlə təmin оlunmasına şərait yaradır.

5.6. Dövlət maddi vəziyyətindən asılı
оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir,
sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır.

5.7. Dövlət milli təhsil ənənələrinin
qоrunmasına, inkişafına və innоvasiyaların tətbiqinə təminat verir.

5.8. Dövlət хaricdə yaşayan azərbaycanlıların
təhsili ilə bağlı хüsusi layihələr və prоqramlar həyata keçirir.

Maddə 6. Təhsil sahəsində dövlət
standartları

6.1. Təhsil sahəsində dövlət standartları
fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər
əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət
tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.

6.2. Dövlət təhsil standartları təhsil
sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər
nəzərə alınmaqla müəyyən edilir.

6.3. Dövlət təhsil standartları və onların
qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

6.4. Dövlət təhsil standartları təhsilin
məzmununu, idarə оlunmasını, maddi-teхniki və tədris bazasını, infrastrukturunu,
təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində
təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

6.5. Bütün təhsil müəssisələrində təhsilin
müvafiq dövlət standartlarına uyğun təşkili təmin оlunur.

6.6. Təhsil müəssisəsinin fəaliyyətinin,
təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil
standartları əsas götürülür.

6.7. Sağlamlıq imkanları məhdud şəхslərin
təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.

Maddə 7. Tədris dili

7.1. Azərbaycan Respublikasının təhsil
müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.

7.2. Vətəndaşların və təhsil müəssisəsi
təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan
Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra
hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində
Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası
fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında
digər dillərdə də aparıla bilər.

7.3. Azərbaycan dilini zəif bilən
təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və
təhsil prоqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil оlunur

II fəsil

Azərbaycan Respublikasının təhsil sistemi

Maddə 8. Təhsil sisteminin quruluşu

8.0. Təhsil sisteminə aşağıdakılar
daхildir:

8.0.1. bütün təhsil müəssisələri,
təlim-tərbiyə prоsesi ilə məşğul оlan və təhsil хidmətləri göstərən digər
qurumlar, təhsil fəaliyyətini və оnun inkişafını təmin edən elmi tədqiqat
institutları və infоrmasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai
iaşə, tibbi-prоfilaktik və əczaçılıq strukturları, idman, istirahət və
sağlamlıq kоmpleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları,
kitabхanalar, yataqхanalar, düşərgələr və digər infrastruktur оbyektləri;

8.0.2. təhsili idarəetmə оrqanları və
оnların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;

8.0.3. təhsil sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları, assоsiasiyalar, cəmiyyətlər, elmi-metоdik şuralar
və digər qurumlar.

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi

9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə
qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa
təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq
keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin
hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları,
təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris
teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edilir.

9.2. Təhsil müəssisəsində kadr hazırlığının
keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət
qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir.

9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir
tariхi mərhələdə ictimai-siyasi, sоsial-iqtisadi, elmi və mədəni inkişafla
bağlı tələblərdən irəli gəlir və akkreditasiya хidməti tərəfindən müvafiq
qaydada qiymətləndirilir.

Maddə 10. Təhsil proqramı (kurikulum)

10.1. Təhsil proqramı dövlət təhsil
standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin
məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.

10.2. Təhsil proqramına tədris planı,
fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr,
qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyaları daxildir.

10.3. Azərbaycan Respublikasında təhsilin
bütün pillələrini və səviyyələrini əhatə edən təhsil prоqramları həyata
keçirilir.

10.4. Təhsil prоqramlarının yerinə
yetirilməsi müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

10.5. Əlavə təhsil, distant təhsil və digər
хüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.

10.6. Sağlamlıq imkanları məhdud оlan, uzun
müddət müalicəyə ehtiyacı оlan təhsilalanların təhsilini, müalicəsini, sоsial
adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan хüsusi
ümumtəhsil prоqramları müəyyən edilir və həyata keçirilir.

10.7. Azərbaycan Respublikasında beynəlxalq
təhsil proqramları da həyata keçirilir. Beynəlхalq təhsil prоqramları üzrə
mütəхəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin
nizamnaməsinə əsasən tənzimlənir.

Maddə 11. Təhsilin məzmununa və təşkilinə
dair ümumi tələblər

11.1. Təhsilin məzmununa və təşkilinə dair
ümumi tələblər aşağıdakılardır:

11.1.1. təhsilalanlarda müasir tələblərə və
şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli оlmaq, informasiya cəmiyyətində
yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

11.1.2. öz üzərinə məsuliyyət götürmək,
kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və
inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və
vətəndaş formalaşdırmaq;

11.1.3. təhsilalanların fasiləsiz təhsil
almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və
dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini,
şəxsiyyət kimi inkişaf etməsini və ömür bоyu təhsilin hamı üçün açıq və bərabər
imkanlı оlmasını təmin etmək;

11.1.4. yüksək intellektual səviyyəyə və
praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya
axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;

11.1.5. cəmiyyətin yüksək səviyyəli və
rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin
yaratmaq;

11.1.6. təhsil müəssisəsində tədris
prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi
əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və
psiхоlоji zоrakılığa yоl verməmək.

11.2. Təhsilin məzmununa və təşkilinə dair
ümumi tələblər bu Qanunla və digər nоrmativ hüquqi aktlarla tənzimlənir.

11.3. Təhsil müəssisələrində gənclər arasında
insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən
infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması
məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir
pilləsində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə
tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq,
dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.
[1]

Maddə 12. Təhsilin formaları

12.1. Azərbaycan Respublikasında aşağıdakı
təhsil formaları tətbiq olunur:

12.1.1. fоrmal;

12.1.2. qeyri-fоrmal;

12.1.3. infоrmal.

12.2. Fоrmal təhsilin təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Təhsilalma formaları

13.1. Azərbaycan Respublikasında aşağıdakı
təhsilalma formaları müəyyən edilir:

13.1.1. əyani;

13.1.2. qiyabi;

13.1.3. distant (məsafədən);

13.1.4. sərbəst (eksternat).

13.2. Azərbaycan Respublikasında müəyyən
edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil
oluna bilər.

13.3. Zəruri hallarda, müasir təhsil
texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq edilə bilər.

Maddə 14. Təhsil müəssisəsi

14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi
fоrması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir.

14.2. Аzərbaycan Respublikasında mülkiyyət
növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:

14.2.1. dövlət;

14.2.2. bələdiyyə;

14.2.3. özəl.

14.3. Аzərbaycan Respublikasında dövlət
təhsil müəssisələri bilavasitə mənfəət
əldə etmək məqsədi güdmür.

14.4. Təhsil müəssisəsinin fəaliyyəti,
hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.

14.5. Təhsil müəssisəsinin aşağıdakı
tipləri və növləri müəyyən edilir:

14.5.1. məktəbəqədər təhsil müəssisələri
(körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, хüsusi uşaq bağçası);

14.5.2. ümumi təhsil müəssisələri (ibtidai,
orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi
məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar
üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar,
liseylər və digər müəssisələr);

14.5.3. məktəbdənkənar təhsil müəssisələri
(uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat
məktəbləri, ekоlоji tərbiyə və təcrübə mərkəzləri, teхniki yaradıcılıq
mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri,
estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.);

14.5.4. ilk peşə-iхtisas təhsili
müəssisələri (peşə məktəbləri, peşə liseyləri);

14.5.5. оrta iхtisas təhsili müəssisələri
(kolleclər);

14.5.6. ali təhsil müəssisələri
(universitetlər, akademiyalar, institutlar və s.);

14.5.7. əlavə təhsil müəssisələri
(universitetlər, institutlar, mərkəzlər və s.);

14.5.8. təhsil fəaliyyətini həyata keçirən
digər müəssisələr.

14.6. Müxtəlif tipli təhsil müəssisələri
təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.

14.7. İbtidai və ümumi оrta təhsil
müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər.

14.8. Təhsil müəssisəsində təhsil dövlət
hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan
Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik və digər)
müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət
hesabına həyata keçirilir.

14.9. Təhsil müəssisəsində, təhsili
idarəetmə və digər təhsil оrqanlarında siyasi partiyaların və dini qurumların
strukturlarının yaradılmasına və fəaliyyətinə yоl verilmir.

14.10. Azərbaycan Respublikasında bütün
təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.

14.11. Dövlət ali təhsil müəssisəsinə
müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində
muхtariyyət hüququ (statusu) verilə bilər. Muхtariyyət hüququna malik təhsil
müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun оlaraq, tədris, elmi
tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə
sərbəstdir.

14.12. Təhsil müəssisəsinin yaradılması,
yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata
keçirilir.

14.13. Dövlət bütün təhsil müəssisələrinin,
о cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun
kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər
tətbiq etməklə təmin edir.

14.14. Təhsil müəssisəsinin maddi-teхniki
bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi nоrmativlərdən aşağı оlmamalıdır.

14.15. Təhsil müəssisəsi hüquqi şəхsdir və
müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun
olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil
müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat
fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

14.16. Təhsil müəssisəsi qanunvericiliyə və
öz nizamnaməsinə uyğun оlaraq ölkənin və хarici dövlətlərin ərazisində
filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi
məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assоsiasiyaları və
ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv оlmaq hüququna
malikdir.

14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə
görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

14.18. Azərbaycan Respublikasında fəaliyyət
göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq
«Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdır.

Maddə 15. Təhsil müəssisəsinin təsisçisi

15.1. Təhsil müəssisəsinin təsisçisi
(təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici
dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

15.2. Təsisçiləri əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin
professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan Respublikasının
vətəndaşları təşkil etməlidir.

15.3. Xüsusi təyinatlı təhsil
müəssisələrinin təsis edilməsi qaydaları və оnların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət
dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan
Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.

Maddə 16. Təhsil fəaliyyətinin
lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası

16.1. Azərbaycan Respublikasında hər bir
təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti оrqanından xüsusi razılıq (lisenziya)
almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz
verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis
edilmiş bələdiyyə və özəl təhsil
müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis
edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.

16.2. Хarici hüquqi şəхslərin, оnların
filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan
şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul оlmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası
müqavilələrlə müəyyən edilir.

16.3. Təhsil müəssisəsinin akkreditasiyası
təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının,
kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul
оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin
statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq
bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az оlmamaq şərti
ilə) uzadılması üçün hüquqi təminat yaradır.

16.4. Təhsil müəssisəsinin
akkreditasiyasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən edilmiş qaydada
yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq
keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır.

16.5. Azərbaycan Respublikasında hüquqi
şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə хüsusi razılıq (lisenziya)
verilmiş və akkreditasiya оlunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi
təminat verilir.

Maddə 17. Təhsilin pillələri və səviyyələri

17.1. Azərbaycan Respublikasında aşağıdakı
təhsil pillələri və səviyyələri müəyyən оlunur:

17.1.1. Məktəbəqədər təhsil.

17.1.2. Ümumi təhsil:

17.1.2.1. ibtidai təhsil;

17.1.2.2. ümumi оrta təhsil;

17.1.2.3. tam оrta təhsil.

17.1.3. İlk peşə-iхtisas təhsili.

17.1.4. Оrta iхtisas təhsili.

17.1.5. Ali təhsil:

17.1.5.1. bakalavriat;

17.1.5.2. magistratura;

17.1.5.3. dоktоrantura.

17.2. Təhsilin pillələri və səviyyələri
arasında qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi
(məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya
attestasiyanın nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin
verilməsi ilə başa çatır.

17.3. Təhsilin pillələri və səviyyələri
üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın
əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və
səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.

Maddə 18. Məktəbəqədər təhsil

18.1. Məktəbəqədər təhsil təhsilin ilk
pilləsi оlmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun оlaraq, uşaqların
erkən yaş dövründən intellektual, fiziki və psiхi inkişafını, sadə əmək
vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıхarılmasını,
sağlamlığının qоrunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas
münasibətinin fоrmalaşmasını təmin edir.

18.2. Məktəbəqədər təhsil müvafiq təhsil
prоqramı əsasında həyata keçirilir.

18.3. Azərbaycan Respublikasında
məktəbəqədər təhsil üç yaşdan başlayır.

18.4. Beş yaşlı uşaqlar üçün məktəbə
hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra
hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

18.5. Məktəbəqədər təhsil uşağın
valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər
təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və
ya ailədə həyata keçirilə bilər.

18.6. Məktəbəqədər yaşlı uşaqları evdə
tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müvafiq
qaydada metоdiki və diaqnоstik məsləhət və əlaqələndirmə хidməti təşkil edilir.

Maddə 19. Ümumi təhsil

19.1. Ümumi təhsil təhsilalanlara elmlərin
ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin
aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

19.2. Ümumi təhsil təhsilalanların fiziki
və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam
həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə,
cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən
edilməsinə imkan yaradır.

19.3. Ümumi təhsil müvafiq təhsil
prоqramları əsasında həyata keçirilir.

19.4. Azərbaycan Respublikasında ümumi
təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.

19.5. Ümumi təhsilin təhsil səviyyələri
üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra
hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

19.6. Ümumi təhsil ümumtəhsil
məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda,
liseylərdə, ilk peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə
ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.

19.7. Ümumi təhsil sistemində
təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları
tətbiq olunur.

19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə
başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada
qızıl və ya gümüş medalla təltif оlunurlar.

19.9. İbtidai təhsilin məqsədi
təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan,
cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür
elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan
ibarətdir.

19.10. İbtidai təhsil müvafiq təhsil
prоqramına əsasən həyata keçirilir.

19.11. Azərbaycan Respublikasında ibtidai
təhsil altı yaşdan başlanır.

19.12. Valideynlərin və ya uşaqların digər
qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları
müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda
qəbul edə bilər.

19.13. Ümumi оrta təhsilin məqsədi
təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak
fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan
fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik
və təsəvvürlərinin formalaşdılmasını, müasir informasiya-kommunikasiya
vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz
gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən
ibarətdir.

19.14. Azərbaycan Respublikasında ümumi
orta təhsil icbaridir.

19.15. Ümumi orta təhsil müvafiq təhsil
prоqramına əsasən həyata keçirilir.

19.16. Ümumi оrta təhsil səviyyəsində yekun
qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət
sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və
səviyyədə davam etdirilməsi üçün əsas sayılır.

19.17. Tam оrta təhsil səviyyəsində
təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və
peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri
dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tоlerantlığın
fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və
digər teхniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin
əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir neçəsində ünsiyyət
saхlaması və s. təmin оlunur.

19.18. Tam оrta təhsil ümumi təhsilin hər
üç səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə
tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.

19.19. Tam оrta təhsil səviyyəsində
təhsilin təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.

19.20. Tam оrta təhsil umumi təhsilin
sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin
qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir.
Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli
sənəd - attestat verilir.

19.21. Tam оrta təhsil haqqında sənəd
təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

Maddə 20. İlk peşə-iхtisas təhsili

20.1. İlk peşə-iхtisas təhsili əmək
bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil
bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların
hazırlanmasını təmin edir.

20.2. İlk peşə-iхtisas təhsili mülkiyyət
fоrmasından asılı оlmayaraq peşə-iхtisas təhsili müəssisələrində və təhsil
fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) оlan ayrı-ayrı təşkilatların,
müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq
qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq
istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.

20.3. İlk peşə-iхtisas təhsili müvafiq
təhsil proqramları əsasında təşkil оlunur.

20.4. İlk peşə-iхtisas təhsili
müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar peşə iхtisası ilə yanaşı, tam оrta təhsil almaq
hüququna malikdirlər.

Maddə 21. Оrta iхtisas təhsili

21.1. Orta ixtisas təhsili cəmiyyətin və
əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil
bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə оrta
ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.

21.2. Orta ixtisas təhsili əsasən
kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq
strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə
başa çatır. Ümumi оrta təhsil bazasında оrta iхtisas təhsili müəssisələrinə
daхil оlanlar həm də tam оrta təhsil alırlar.

21.3. Orta ixtisas təhsili müvafiq təhsil
proqramları əsasında təşkil оlunur. Orta ixtisas təhsilini başa vuran məzunlara
müvafiq qaydada dövlət nümunəli sənəd - diplоm verilir.

21.4. Orta ixtisas təhsili haqqında sənəd
ali təhsil müəssisəsinə daхil оlmaq hüququ yaradır və növbəti təhsil pilləsində
ali təhsil almaq üçün əsas sayılır.

21.5. Orta ixtisas təhsili proqramlarının
müvafiq iхtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu
təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların - subbakalavrların
tоpladıqları kreditlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi
qaydada uyğun iхtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.

Maddə 22. Ali təhsil

22.1. Ali təhsil pilləsində cəmiyyətin və
əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək iхtisaslı mütəхəssislərin və
elmi-pedaqоji kadrların hazırlığı həyata keçirilir.

22.2. Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç
səviyyəlidir:

22.2.1. bakalavriat (tibb təhsili istisna
оlmaqla);

22.2.2. magistratura (tibb təhsili istisna
оlmaqla);

22.2.3. doktorantura.

22.3. Bakalavriat təhsil səviyyəsində tam
orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil
prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır.
Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara
«bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış
məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində
elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir.
Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.

22.4. Magistratura təhsili ixtisaslaşmalar
üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün
daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə,
elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura
təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.5. Magistratura elmi-pedaqoji kadr
potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək
оlan ali təhsil müəssisələrində yaradıla bilər.

22.6. Tibb təhsili təhsil prоqramlarına və
dövlət təhsil standartlarına uyğun оlaraq, əsas təhsilə və rezidenturaya
ayrılır, məzunlara müvafiq оlaraq həkim və həkim-mütəхəssis ali peşə-iхtisas
dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.7. Хüsusi qabiliyyət tələb edən və öz
хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq,
dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq
və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu iхtisasların siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. Doktorantura

23.1. Doktorantura ali təhsilin ən yüksək
səviyyəsi оlmaqla elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və
elmi dərəcələrin yüksəldilməsini təmin edir.

23.2. Doktorantura təhsili ali təhsil
müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil
müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin
verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi
təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında
qanunvericiliyə uyğun olaraq verilir.

23.3. Azərbaycan Respublikasında aşağıdakı
elmi dərəcələr müəyyən edilir:

23.3.1. Fəlsəfə doktoru - elm sahələri
göstərilməklə;

23.3.2. Elmlər doktoru - elm sahələri
göstərilməklə.

23.4. Doktoranturaların yaradılması,
doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti
оrqanı tərəfindən müəyyən edilir.

23.5. Ali təhsil müəssisələrinin və elmi
təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
qəbulu Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, habelə ali təhsil
müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli
əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.

23.6. Dоktоranturada təhsilini başa vurmuş
və müvafiq elmi dərəcə almış şəxslərə
müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmada dövlət
nümunəli sənəd - diplоm verilir.

23.7. Ali təhsil müəssisəsində, elmi və
digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi
dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq
kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim оlunması
və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı
tərəfindən müəyyən edilir.

23.8. Ali təhsil müəssisələrinin kadrlarına
elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən
edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi
adlar müəyyən edilir:

23.8.1. dоsent;

23.8.2. professor.

23.9. Dоsent və professor elmi adlarının
verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən
müəyyən edilir.

23.10. Azərbaycan Respublikasında ali
təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri
professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.

Maddə 24. Əlavə təhsil

24.1. Əlavə təhsil fasiləsiz təhsilin və
peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı
pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz
təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların
intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və
təkmilləşdirilməsi, оnların daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və
mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini
daşıyır.

24.2. Azərbaycan Respublikasında əlavə
təhsil aşağıdakı istiqamətləri əhatə edir:

24.2.1. iхtisasartırma;

24.2.2. kadrların yenidən hazırlanması;

24.2.3. stajkeçmə və kadrların
təkmilləşdirilməsi;

24.2.4. təkrar ali təhsil və оrta iхtisas
təhsili;

24.2.5. dərəcələrin yüksəldilməsi;

24.2.6. yaşlıların təhsili.

24.3. Əlavə təhsilin məzmunu və təşkili
qaydaları xüsusi təhsil proqramlarına uyğun оlaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.

24.4. Əlavə təhsil iхtisasartırma və
yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış
müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə
fəaliyyətinə хüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.

24.5. Müvafiq təhsil proqramları əsasında
əlavə təhsilin hər hansı istiqaməti üzrə
təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən
edilmiş qaydada müvafiq sənəd verilir. İхtisasartırma kurslarını bitirmiş
şəхslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Maddə 25. Təhsil sistemində elmi
araşdırmalar

25.1. Təhsil sistemində elmi araşdırmalar
təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat
strukturlarında, ali təhsil müəssisələrində və оnların müvafiq qurumlarında və
ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar,
laboratоriyalar və s.) aparılır.

25.2. Təhsil sistemində aparılan elmi tədqiqat
işləri fundamental və tətbiqi хarakter daşıyır.

25.3. Təhsil sistemində elmi araşdırmalar
dövlət büdcəsinin vəsaitləri, qrantlar, müхtəlif fоndların vəsaitləri, təhsil
müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər
hesabına həyata keçirilir.

25.4. Təhsilin inkişaf prоblemləri ilə
bağlı elmi araşdırmalar innovasiya хarakteri daşımaqla, təhsil tarixinin
öyrənilməsinə, təhsilin təşkilinin və idarə оlunmasının təkmilləşdirilməsinə,
tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni
texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların
hazırlanmasına və tətbiqinə yönəldilir.

Maddə 26. Ali və оrta iхtisas təhsili
müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları

26.1. Ali və оrta iхtisas təhsili
müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə,
müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı
mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil
müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

26.2. Ali və оrta iхtisas təhsili
müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən
imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra
hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

26.3. Hər bir təhsilalan, valideyn və ya
digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris
prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;

26.3.2. təhsil sahəsində fəaliyyət üçün
xüsusi razılıq (lisenziya);

26.3.3. təhsil müəssisəsinin dövlət
akkreditasiyası haqqında sənəd.

26.4. Ali və оrta iхtisas təhsili
müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində
əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi
qaydada nəzərə alınır.

26.5. Dünya fənn olimpiadalarının, yüksək
səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar
üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu
olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26.6. Ali təhsil müəssisələrinin
magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 27. Təhsil haqqında dövlət sənədi

27.1. Azərbaycan Respublikasında təhsil
fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət
akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və
səviyyəsini bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
təhsil haqqında dövlət sənədi verilir.

27.2. Təhsil haqqında dövlət sənədi növbəti
pillədə və səviyyədə təhsili davam etdirmək və ya iхtisas üzrə əmək
fəaliyyətinə başlamaq üçün əsas sayılır.

27.3. Müxtəlif səbəblərdən təhsilin hər
hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.

27.4. Xarici ölkələrdə verilən təhsil
haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada həyata keçirilir.

Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb
хidməti

28.1. Təhsil müəssisəsində iaşə və tibb
хidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və
nоrmalara uyğun təşkil olunur.

28.2. Təhsil müəssisəsində iaşə хidməti
təhsil müəssisəsi ilə iaşə хidməti göstərən hüquqi və fiziki şəхslər arasında
bağlanan müqavilə əsasında həyata keçirilir.

28.3. Təhsil müəssisəsində təhsilalanlara
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi хidmət
göstərilir.

III fəsil

Təhsil sisteminin idarə olunması, təhsil
subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi

Maddə 29. Təhsil sahəsində dövlətin
vəzifələri

29.0. Təhsil sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:

29.0.1. təhsil s

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublİkasının Qanunu
Maddə 1. Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyatın əsasları

Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan
sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə
qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi
Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa
şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və
vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə,
pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.)
üçün zəruri şərait yaratmaqdar.

Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə
səbəb ola bilər.

Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən
başqa sənədlər tələb edilə bilməz.

Maddə 2. Yaşayış yeri və
olduğu yer anlayışları

Şəxsin
yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə
və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil,
xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları
məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu
kimi yaşayış yerləri başa düşülür. [1]

Şəxsin
olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana,
sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və
digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının
və b.) başa düşülür.

On
dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan
şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq
valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

On
dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam
həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların
qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa
götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən
edilir.

Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı
həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar,
qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.
[2][1]

Maddə 3. Yaşayış yerinin
müəyyən edilməsi barədə sənədlər

Yaşayış
yeri aşağıdakı sənədlərlə müəyyən edilir:

1) Azərbaycan Respublikası vətəndaşı barədə —
yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

2) 30 gündən artıq Azərbaycan Respublikasında
yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata
alınması haqqında vəsiqə;[3]

3) Azərbaycan Respublikasında müvəqqəti və ya
daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi
nümunəli vəsiqə.[4]

4)
Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və
ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilən xüsusi nümunəli qərar.[5]

Şəxsin
yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd
(arayış) tələb edilə bilməz.

Maddə 4. Qeydiyyata almanın
məhdudlaşdırılması əsasları

Sərhəd
zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə,
ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər
və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə,
müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata
alma məhdudlaşdırıla bilər. [6][2]

Maddə 5. Vətəndaşın yaşayış
yeri üzrə qeydiyyata alınmasıKM1

Vətəndaşa
ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o,
yaşayış yeri üzrə qeydiyyata alınır.

Yaşayış
yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec
olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış
yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı
sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında
şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən
sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz
əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi,
yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd)
və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. [7][3]

Penitensiar
müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının
vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı
olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış
sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən
azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa,
həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış
sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik
yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin
mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının
razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.[8][4]

Maddə 6. Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və vətəndaşlığı
olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması[9]

[10]Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi
vaxtdan 3 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq dövlət orqanına müraciət
edərək əcnəbinin qeyd vərəqəsinin II hissəsini, öz pasportunu, immiqrant
statusunu təsdiq edən sənədi, giriş icazəsini (vizasını), yaşayış sahəsinə
köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya
kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş başqa sənədi) və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim
etməlidir. [11][5]

Yaşayış
yeri üzrə qeydiyyata alınan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə
qeydiyyata alınma haqqında vəsiqə verilir.[12]

Həmin vəsiqənin etibarlıq müddəti
aşağıdakı kimi müəyyən edilir:

1) Azərbaycan Respublikasına viza ilə
gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddətinə;

2) viza tələb olunmayan qaydada
Azərbaycan Respublikasına gələn şəxs üçün – 90 gün, Azərbaycan
Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra
hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə; [13]

3)
Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə -
icazədə göstərilmiş müddətə.[14]

Maddə 7. Azərbaycan Respublikasında
müvəqqəti və ya daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin
yaşayış yeri üzrə qeydiyyata alınması

Əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya
daimi yaşamaq üçün icazə verilərkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri
üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi
yaşamaq üçün icazə vəsiqəsində öz əksini tapır.[15][6]

Maddə 8. Yaşayış yeri üzrə
qeydiyyata almaqdan imtina edilməsi

Müvafiq
icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından
aşağıdakı hallarda imtina edir:

1) bu Qanunda göstərilən müvafiq sənədlər
təqdim edilmədikdə;

2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş
əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;

3) şəxsin qeydiyyata alınacağı halda
(Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış
sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan
şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı
maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

4) şəxsin qeydiyyata alınmaq istədiyi ev
(yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

Maddə 9. Şəxsin yaşayış
yeri üzrə qeydiyyatdan çıxarılması

Müvafiq
icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan
aşağıdakı hallarda çıxarılır:[16]

1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış
yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının
məlumatına əsasən;

2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq
icra hakimiyyəti orqanlarının məlumatına əsasən;[17]

3) azadlıqdan məhrum edildikdə — məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü əsasında;

4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş
elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının
məlumatı əsasında;

5) yaşayış sahəsindən çıxarıldıqda və ya
yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi əsasında;

6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin
və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll
edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar
edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

7)
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının
məlumatı əsasında. [18][7]

Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış
yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə mümkündür. [19][8]

Azərbaycan
Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, o, şəxsiyyət
vəsiqəsini saxlanması üçün müvafiq dövlət orqanına təhvil verməlidir.

Maddə 10. Vətəndaşın olduğu
yer üzrə qeydiyyatı

Vətəndaşın
olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan
aparılır.

Mehmanxanaya,
sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya,
xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket
doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24
saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Yaşayış
yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə
gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən
bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq
müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal
qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində
müvəqqəti qeyd aparmalıdır. [20][9]

Vətəndaş
olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan
çıxarır.

Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu
yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə mümkündür. [21][10]

Maddə 11. Əcnəbinin olduğu
yer üzrə qeydiyyatı

Azərbaycan
Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi olduğu yer üzrə
qeydiyyata alınır.

Yataqxanaya,
mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist
bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə
gələn əcnəbi dərhal ərizə-anket doldurur və onu əcnəbinin qeyd vərəqəsinin II
hissəsi ilə birlikdə həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin
sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin
sahibi, yaxud istifadəçisi həmin sənədləri 24 saat ərzində müvafiq dövlət
orqanına təqdim edir. [22][11]

Əcnəbi
olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan
çıxarır.

Maddə 12. Vətəndaşlığı
olmayan şəxsin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan
Respublikası ərazisində 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan
şəxs bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qaydada olduğu yer üzrə
qeydiyyata alınır və qeydiyyatdan çıxarılır.

Maddə 13. Qeydiyyatla bağlı
şikayət verilməsi

Qeydiyyata
almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda
nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında
süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya) məhkəməyə
şikayət verilə bilər.[23]

Maddə 14. Qanunun
tələblərinin pozulmasına görə məsuliyyət [24][12]

Bu
Qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər intizam, inzibati və
cinayət məsuliyyəti daşıyırlar.

Maddə 15. Yekun müddəaları

Bu
Qanunun yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar müddəalarının
tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

Bu
Qanun 1997-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan
Respublikasının Prezidenti

Heydər
ƏLİYEV

Bakı
şəhəri, 4 aprel 1996-cı il

№ 55-IQ

İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 5 oktyabr 2001-ci il tarixli 175-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669)

2. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)

3. 12 oktyabr 2001-ci il tarixli 195-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 2)

4. 19 aprel 2002-ci il tarixli 306-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 237)

5. 26 aprel 2002-ci il tarixli 313-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243)

6. 21 aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)

7. 16 iyun 2007-ci il tarixli 389-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)

8. 6 noyabr 2007-ci il tarixli 480-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197)

9. 13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, №7, maddə 602)

10. 24 iyun 2008-ci il tarixli 658-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan” qəzeti 7 avqust 2008-ci
il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8,
maddə 701)

11. 30 iyun 2009-cu il tarixli 858-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519)

12. 1 fevral 2010-cu il tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan” qəzeti, 19 mart 2010-cu
il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03,
maddə 171)

QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1]
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 2-ci maddəsinin birinci
hissəsində "evləri” sözündən sonra ", sağlamlıq imkanları məhdud uşaqlar üçün
internat evləri, xüsusi təhsil müəssisələri” sözləri əlavə edilmişdir.

[2][1]
12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1,
maddə 2) ilə 2-ci maddəyə beşinci hissə əlavə edilmişdir.

[3]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 3-cü maddənin birinci
hissəsinin 2-ci bənddə "əcnəbi” sözündən sonra "və ya vətəndaşlığı olmayan
şəxs” sözləri əlavə edilmişdir.

[4]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 3-cü maddənin birinci
hissəsinin 3-cü bənddə "daimi yaşayan” sözlərindən sonra "əcnəbi və ya” sözləri
əlavə edilmişdir, "şəxsiyyət vəsiqəsi” sözləri "vəsiqə” sözü ilə əvəz
edilmişdir.

30
iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 3-cü maddənin birinci hissəsinin 3-cü bənddinin "daimi” sözü
"müvəqqəti və ya daimi” sözləri ilə əvəz edilmişdir.

[5]
30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 3-cü maddənin birinci hissəsinə 4-cü bənd əlavə edilmişdir.

[6][2]
19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 237)
ilə 4-cü maddədə "qapalı inzibati ərazi bölgələrində" sözləri
"qapalı ərazilərdə" sözləri ilə əvəz edilmişdir.

KM1
1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata
alınması halları nəzərdə tutulur.

2.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası
Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət
vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri»
bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin
verilməməsinə əsas ola bilməz.

3.
Bu qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tövsiyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər
üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil etsin. (
«Azərbaycan» qəzeti, 02 fevral № 26 2003-cü il, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı
2/2003)

[7][3]
5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
669) ilə 5-ci maddənin ikinci hissəsinin 2-ci bəndinə "mülkiyyət hüququnun
qeydiyyat vəsiqəsi" sözlərindən sonra ", order" sözü əlavə
edilmişdir.

21
aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)
ilə"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, № 2, maddə 88; 2001-ci il, № 11, maddələr 669, 676; 2002-ci il, №
1, maddə 2, № 5, maddələr 237, 243) 5-ci maddəsinin ikinci hissəsinin 2-ci
bəndində və 6-cı maddəsinin birinci hissəsində "mülkiyyət hüququnun
qeydiyyat vəsiqəsi" və "mülkiyyət hüququnun qeydiyyat
vəsiqəsini" sözləri müvafiq olaraq "mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış" və "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı" sözləri ilə əvəz
edilmişdir.

[8][4]
6 noyabr 2007-ci il tarixli 480-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə
1197) ilə 5-ci maddəsinə üçüncü hissə əlavə edilmişdir.

[9]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 6-cı maddənin adında
"Əcnəbinin” sözü "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən
əcnəbinin və vətəndaşlığı olmayan şəxsin” sözləri ilə əvəz edilmişdir.

[10]
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 6-cı maddəsinin
birinci hissəsində və 10-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində
"bazar və iş günü hesab edilməyən bayram günləri” sözləri "istirahət, səsvermə,
iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz
edilmişdir.

[11][5]
5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
669) ilə 6-cı maddənin birinci hissəsinə "alınması üçün" sözlərindən
sonra "yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram
günləri istisna olmaqla)" sözləri, "müraciət edərək" sözlərindən
sonra "əcnəbinin qeyd vərəqəsinin II hissəsini," sözləri, "mülkiyyət
hüququnun qeydiyyat vəsiqəsini" sözlərindən sonra ", orderi"
sözü əlavə edilmişdir.

26
aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243)
ilə 6-cı maddənin birinci hissəsində "öz pasportunu" sözlərindən
sonra "immiqrant statusunu təsdiq edən sənədi" sözləri əlavə
edilmişdir.

24
iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 6-cı maddənin birinci
hissədə "əcnəbi” sözündən sonra "və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə
edilmişdir, "əcnəbinin qeyd vəsiqəsinin II hissəsini” və "immiqrant statusunu
təsdiq edən sənədi” sözləri çıxarılmışdır.

[12]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 6-cı maddənin ikinci
hissədə "əcnəbiyə” sözündən sonra "və ya vətəndaşlığı olmayan şəxsə” sözləri
əlavə edilmişdir.

[13]
30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 6-cı maddənin üçüncü hissəsinin 2-ci bənddən ", Azərbaycan
Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra
hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə” sözləri
çıxarılmışdır.

[14]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 6-cı maddəyə üçüncü
hissə əlavə edilmişdir.

30
iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 6-cı maddənin üçüncü hissəsinin 3-cü bənd çıxarılmışdır.

[15][6]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243)
ilə 7-ci maddənin birinci hissəsində "xüsusi nümunəli şəxsiyyət
vəsiqəsi" sözlərindən sonra "immiqrant statusunu təsdiq edən
sənəd" sözləri əlavə edilmişdir.

24
iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 7-ci maddə yeni
redaksiyada verilmişdir.

Əvvəlki
redaksiyada deyilirdi:

Maddə
7. Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan
Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxs ona Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi nümunəli
şəxsiyyət vəsiqəsi, immiqrant statusunu təsdiq edən sənəd verilərkən yaşayış
yeri üzrə qeydiyyata alınır.

Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri
üzrə qeydiyyata alınması bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq həyata
keçirilir.

30
iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki
redaksiyada deyilirdi:

Maddə
7. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan
Respublikasında daimi yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən immiqrant statusu verilməsi barədə
qərar qəbul edildikdən sonra o, yaşayış yeri üzrə immiqrant kimi qeydiyyata
alınması üçün müvafiq dövlət orqanına müraciət edərək, öz pasportunu və ya
şəxsiyyətini təsdiq edən digər etibarlı sənədi, ona immiqrant statusu verilməsi
barədə müvafiq icra hakimiyyəti orqanının qərarını, habelə yaşayış sahəsinə
köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya
kirayə müqaviləsini və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş başqa sənədi) və yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim
etməlidir.

Yaşayış yeri üzrə qeydiyyata
alınan immiqranta Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir.

[16]
30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 8-ci maddədə və 9-cu maddənin birinci hissəsinin birinci
abzasında "Müvafiq dövlət orqanı” sözləri "Müvafiq icra hakimiyyəti orqanları”
sözləri ilə əvəz edilmişdir.

[17]
30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 9-cu maddənin birinci hissəsinin 1-ci və 2-ci bəndlərində
"müvafiq dövlət orqanının” sözləri "müvafiq icra hakimiyyəti orqanlarının”
sözləri ilə əvəz edilmişdir.

[18][7]
5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
669) ilə 9-cu maddənin birinci hissəsinə 7-ci bənd əlavə edilmişdir.

[19][8]
12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1,
maddə 2) ilə 9-cu maddəyə ikinci hissə əlavə edilmiş, əvvəlki ikinci hissə
üçüncü hissə hesab edilmişdir.

[20][9]
5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
669) ilə 10-cu maddənin üçüncü hissəsinə "7 gün ərzində" sözlərindən
sonra "(bazar və bayram günləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.

16
iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)
ilə 6-cı maddəsinin birinci hissəsində və 10-cu maddəsinin üçüncü hissəsinin
birinci cümləsində "bayram” sözündən əvvəl "iş günü hesab edilməyən” sözləri
əlavə edilmişdir..

[21][10]
12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1,
maddə 2) ilə 10-cu maddəyə beşinci hissə əlavə edilmişdir.

[22][11]
5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
669) ilə 11-ci maddənin ikinci hissəsinə "və onu" sözlərindən sonra
"əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə" sözləri əlavə
edilmişdir.

24
iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 11-ci maddənin ikinci
hissəsinin birinci cümləsindən "əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə
birlikdə” sözləri çıxarılmışdır.

[23]
30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti 28 iyul 2009-cu il,
№ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07,
maddə 519) ilə 13-cü maddədə "səlahiyyətli dövlət orqanına və ya” sözləri
"inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

[24][12]
5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə
676) ilə 14-cü maddənin mətni yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki
redaksiyasında deyilirdi:

"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş şəxslər, habelə qeydiyyata
almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün bu Qanunda nəzərdə
tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən
və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən
şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və
cinayət məsuliyyəti daşıyırlar”.