Məcəllələr - M & Partners | Korporativ hüquq xidmətləri, Fərdi hüquq xidmətləri
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ
AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ[1]
Ümumi hissə
I bölmə
Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları[2]
I fəsil
Ümumi müddəalar
Maddə 1.Cəzaların icrası qanunvericiliyi
Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və
çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası
qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi
aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 2.Cəzaların İcrası Məcəlləsinin məqsəd
və vəzifələri
2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm
məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin
qarşısını almaqdır.
2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və
çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə
vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni
mənafelərini qorumaqdan ibarətdir.
2.3. Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun
olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş
cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi
xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini,
cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi
vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını,
məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər
müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların
iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad
edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir.
Maddə 3.Cəzaların İcrası Məcəlləsi və
beynəlxalq hüquqi aktlar
3.1. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla
rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
hüquqi aktları nəzərə alır.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən
edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
3.3. Bu Məcəllə Azərbaycan Respublikasının
Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və
normalarına uyğun olaraq məhkumlarla rəftardaişgəncə və ya digər
qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətinalçaldılmasına yol
verilməməsinə əsaslanır.[3]
Maddə 4.Cəzaların icrasına dair normativ
hüquqi aktlar
Müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası
məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ hüquqi aktlar qəbul edə
bilərlər.
Maddə 5.Cəzaların İcrası Məcəlləsinin məkana
və zamana görə qüvvəsi
5.1. Bu Məcəllə Azərbaycan Respublikasının bütün
ərazisində tətbiq edilir.
5.2. Cəzaların icrası, habelə məhkumlara islah edilmə
vasitələrinin tətbiqi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi
onların icrası zamanı qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 6.Cəzaların icrasının əsasları
Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi
xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və
ya əfvetmə aktları təşkil edir.
Maddə 7.Cəzaların icrası qanunvericiliyinin
prinsipləri
Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm,
demokratizm, məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının
fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə
vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin
həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə
əsaslanır.
Maddə 8.Məhkumların islah edilməsi və onun
əsas vasitələri
8.1. Məhkumların islah edilməsi - onlarda qanuna
itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə
hörmət və ehtiramın formalaşdırılmasıdır.
8.2. Məhkumların islah edilməsinin əsas vasitələri
aşağıdakılardır:
8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən
edilmiş qaydası (rejim);
8.2.2. tərbiyə işi;
8.2.3. ictimai faydalı əmək;
8.2.4. ümumi təhsil;
8.2.5.ilk peşə-ixtisas təhsilivə
peşə hazırlığı;[4]
8.2.6. ictimai təsir.
8.3. Məhkumlara islah edilmə vasitələri cəzanın növü,
törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun
şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.
II fəsil
Məhkumların hüquqi vəziyyəti
Maddə 9.Məhkumların hüquqi vəziyyətinin
əsasları
9.1. Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına,
qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə
vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların
hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.
9.2. Cəzaların icrası zamanı məhkumlara dair
Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə
və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar və
istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq
və azadlıqlarına təminat verilir. Məhkumlar qanunvericiliklə müəyyən edilmiş
hallar istisna olmaqla, hüquq və azadlıqlardan irəli gələn vəzifələr
daşıyırlar.
9.3. Əcnəbi və ya vətəndaşlığı olmayan məhkum şəxslər
Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə
və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar istisna
edilməklə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə
dair qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələr
daşıyırlar.
9.4. Məhkumların hüquq və vəzifələri, habelə bu hüquq
və vəzifələrin məhdudlaşdırılması cəza növünün icrası və çəkilməsi qaydaları və
şərtləri nəzərə alınmaqla bu Məcəllə və digər normativ hüquqi aktlarla
müəyyənləşdirilir.
Maddə 10.Məhkumların əsas hüquqları
10.1. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların
qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur.
Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş
qaydada məhdudlaşdırıla bilər.
10.2. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların
aşağıdakı hüquqları vardır:
10.2.1. cəzanı insan şəxsiyyətinə hörməti təmin edən
şəraitdə çəkmək;
10.2.2. ictimai faydalı əməklə məşğul olmaq;
10.2.2-1. bədən tərbiyəsi və idmanla məşğul olmaq;[5]
10.2.3. istirahət etmək;
10.2.4. pensiya və ya sosial müavinət almaq;
10.2.5. ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən
asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;
10.2.6. öz hüquq və vəzifələri barədə, o cümlədən
məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində
məlumat almaq;
10.2.7. hüquq və azadlıqlarının müdafiəsi üzrə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif,
ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri
hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən
təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;
10.2.7-1. cəzanın icrası və çəkilməsi ilə əlaqədar
barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan
şikayət etmək;[6]
10.2.8. dini ayinlərin icra edilməsində iştirak etmək;
10.2.9. hüquqi yardım almaq;
10.2.9-1. psixoloji yardım almaq;[7]
10.2.10. təhsil almaq və peşə hazırlığı keçmək;
10.2.11. əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın
statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz
dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq
nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli,
yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;
10.2.12. cəzanın çəkilməsinin təxirə salınması və ya
onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham
hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha
yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün
dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma
vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl
götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan
Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin
vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud
psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin
və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.
10.3. Cəzaları icra edən müəssisə və ya orqanın işçi
heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya
insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə
tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər.
10.4. Məhkumlar onların həyat və sağlamlıqlarını
təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.
10.5. Məhkumların hüquqlarının həyata keçirilməsi
qaydası bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilir.
10.6. Məhkumların hüquqlarının həyata keçirilməsi
zamanı normativ hüquqi aktların, fiziki və hüquqi şəxslərin hüquqlarının
pozulmasına yol verilmir.
Maddə 11.Məhkumların əsas vəzifələri
11.1. Məhkumlar Azərbaycan Respublikasının
vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli
və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər.
11.2. Məhkumlar bu Məcəllənin, habelə ona uyğun qəbul
edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.
11.3. Məhkumlar cəzanı icra edən müəssisə və ya
orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməlidirlər.
11.4. Məhkumlar cəzanı icra edən müəssisənin işçi
heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara
qarşı nəzakətlə davranmalıdırlar.
11.5. Məhkumlar üzərinə düşən vəzifələri, habelə
cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini
yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb
olunurlar.
Maddə 12.Məhkumların şəxsi təhlükəsizlik
hüququ
12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna
malikdirlər.
12.2. Müəyyənmüddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına,
sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa
şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə
təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna
malikdir.[8]
12.3. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin
müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə
köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir.[9]
Maddə 13.Məhkumların vicdan və dini etiqad
azadlığının təmin edilməsi
13.1. Məhkumların vicdan və dini etiqad azadlığına
təminat verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna
malikdirlər.
13.2. Məntəqə tipli cəzaçəkməmüəssisələrindəməhkumların
xahişi ilə onlara cəzanın icra edildiyiinzibati ərazi vahidihüdudları
daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.[10]
13.3. Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alınmış dini birliklərin din xadimləri məhkumların xahişi ilə cəzaçəkmə
müəssisələrinə dəvət olunurlar. Məhkumlara cəzaçəkmə müəssisələrində dini
ayinləri yerinə yetirməyə, dini ləvazimat və ədəbiyyatdan istifadə etməyə icazə
verilir. Bu məqsəd üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq yer ayırır.
13.4. Din xadimlərinin şəxsi təhlükəsizliyi təmin
olunmaqla, onlar xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik
kameralarında, intizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda
saxlanılan məhkumların yanına buraxıla bilərlər.
13.5. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə
yaranan məhkumların xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə
yetirmək üçün cəzaçəkmə müəssisələrinə dəvət oluna bilərlər.
Maddə 14.Məhkumların müraciətləri və onlara
baxılması qaydaları
14.1. Məhkumların təklif, ərizə və şikayətləri yazılı
və şifahi verilə bilər.
14.2. Azadlıqdan məhrum edilmiş şəxslərin bu
Məcəllənin10.2.12-cimaddəsində göstərilən təşkilatlara
ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti
tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif,
ərizə və şikayətlərini sərbəst göndərirlər.[11]
14.3. Məhkumların cəzanı icra edən müəssisə və ya
orqanın vəzifəli şəxslərinin qərar və hərəkətlərinə dair təklif, ərizə və
şikayətləri həmin qərarların və hərəkətlərin icrasını dayandırmır.
14.4. Məhkumların təklif, ərizə və şikayət göndərdiyi
orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə
baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər.
14.5. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli
şəxsləri məhkumları müəyyən edilmiş və onlara bildirmiş günlərdə və saatlarda
qəbul edir.
III fəsil
Cəzanı icra edən müəssisə və orqanlar, onların
fəaliyyətinə nəzarət
Maddə 15.Cəzanı icra edən müəssisə və
orqanlar
15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı,
cərimə və əmlak müsadirəsi növündə cəzalar isə hökmü çıxaran məhkəmənin,
həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerinicra
məmurutərəfindən icra edilir.
15.2. Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın
təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra
hakimiyyəti orqanı tərəfindən icra edilir.
15.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri
üzrəicra məmuruvə ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən
icra edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəza barəsində hökmün tələbləri məhkumun iş yeri
üzrə, həmçinin qanuna uyğun olaraq fəaliyyətin müvafiq növü ilə məşğul olmağa
icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir.
15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum
etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra
edir.
15.5. İslah işləri növündə cəzanıicra məmuruicra
edir.
15.6. Müəyyən müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq cəzaçəkmə
müəssisələri həyata keçirirlər.[12]
15.7. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və
dövlət təltifindən məhrum etmə növündə cəza hökmü çıxaran məhkəmə tərəfindən
icra edilir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən
məhrum etmə barəsində hökmün tələbləri həmin rütbəni, fəxri adı və ya dövlət təltifini
verən orqan tərəfindən həyata keçirilir.
15.8. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza
hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri, intizam xarakterli
hərbi hissədə saxlama növündə cəza isə bu məqsədlər üçün yaradılmış hərbi hissənin
komandiri tərəfindən icra edilir.
15.9. Şərti məhkum edilmiş məhkumlara nəzarətiicra
məmurlarıhəyata keçirir.
15.10. İntizamxarakterli hərbi hissədə
saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi
qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş Daxili
İntizam Qaydaları ilə müəyyən edilir.[13]
15.11. Cəzaları icra edən müəssisələr və ya orqanlar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yaradılır və ya ləğv edilir.
Maddə 16.Cəzanın icra edildiyi yer barədə
məlumat verilməsi
16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli
şəxsləri məhkumunrazılığı ilə onun ailəsinəvə ya yaxın
qohumlarından birinə,yaxud məhkumun göstərdiyi şəxsəona
təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və
azad edilməsi barədə məlumat verməlidirlər.[14]
16.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı
olmayanşəxslərin razılığı ilə onlarbarəsində cəzanı icra
edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı
diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz
üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir.[15]
Maddə 17.Məhkumlara tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi
17.1. Məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya
narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi
xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində
cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir.
17.2. Məhkumun cəza müddəti ərzində alkoqolizmə və ya
narkomaniyaya düçar olması və ya anlaqlılığı istisna etməyən psixi pozuntusunun
olması müəyyən edildikdə, cəzanı icra edən müəssisə və ya orqan həmin şəxs
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə
təqdimat verir.
17.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərə tibbi
xarakterli məcburi tədbirlər müvafiq qanunvericiliyin və bu Məcəllənin
tələbləri nəzərə alınmaqla tətbiq edilir.
Maddə 17-1.Alkoqolizm və ya narkomaniyadan
müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin
xüsusiyyətləri[16]
17-1.1. Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya
məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə
barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi
cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir.
17-1.2. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji
xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji
xəstə məhkumlara təyin edilmiş məcburi müalicə kursu başa çatdıqda, müvafiq
icra hakimiyyəti orqanının həkim-məsləhət komissiyası (bundan sonra -
həkim-məsləhət komissiyası) aparılmış tibbi xarakterli məcburi tədbirlərin
qiymətləndirilməsini həyata keçirir. Aparılmış tibbi xarakterli məcburi
tədbirlərin həkim-məsləhət komissiyası tərəfindən qiymətləndirilməsi qaydası bu
Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.
17-1.4. Cəzaçəkmə müəssisəsində cəza çəkən narkoloji
xəstə məhkumların səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşması səbəbindən
barəsində təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin davam
etdirilməsinə olan zərurət aradan qalxdıqda, tibbi xarakterli məcburi
tədbirlərin ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının tibbi rəyi
əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin təqdimatı ilə cəzanın çəkildiyi yer üzrə məhkəmə tərəfindən həll
edilir.
17-1.5. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan
cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi
ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin
müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan
ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.
17-1.6. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar
olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya
narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin
edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra
olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin
icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.
17-1.7. İxtisaslaşdırılmış tibb müəssisələrində
məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və
qaydalara uyğun aparılır.
17-1.8. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi
müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru
tərəfindən nəzarət edilir.
17-1.9. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi
müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya
məcburi müalicə müddətinin uzadılması "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı əsasında
həyata keçirilir.
Maddə 18.Cəzaların icrasına müvafiq icra
hakimiyyəti orqanlarının nəzarəti
Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə
nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin
həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.
Maddə 19.Məhkəmə nəzarəti
19.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli
şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun
yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə
göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.
19.2 Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv
edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün
icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində
saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə
müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun
vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət
edir.
19.3. Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın
fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul
edir.
Maddə 20.Məhkumların islah edilməsində
ictimai təşkilatların iştirakı
20.1. İctimai təşkilatlar məhkumların islah
edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların
fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər.
20.2. İctimai təşkilatların məhkumların islah
edilməsində iştirakı və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə
nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla
müəyyənləşdirilir.
Maddə 21.Prokurorluğun cəzaların məqsədinə
nail olunmasında iştirakı
Prokurorluğun məhkəmələr tərəfindən təyin edilmiş
cəzaların məqsədinə nail olunmasında iştirakı hökmün və ya məhkəmənin digər
yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə
iclasında baxılarkən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 22.Cəzaçəkmə müəssisələrinə baş
çəkilməsi
22.1. Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil
edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra
hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər
prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və
ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə
məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə
yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum
etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər.[17]
22.1-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt,
maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil
olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək
istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya
tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini
almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə
salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq
tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq
hüququ vardır.[18]
22.2. Kütləvi informasiya vasitələrinin nümayəndələri
və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum
etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə
baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
hallarda və qaydada həyata keçirilə bilər.
22.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino,
foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio
və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən
həyata keçirilir.
22.5. Məhkumların təhlükəsizliyini və mühafizəsini
təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti
orqanının icazəsi ilə həyata keçirilir.
Xüsusi hissə
II bölmə
Məhkumun cəmiyyətdən təcrid edİlməsi ilə əlaqədar
olmayan cəzaların icrası
IV fəsil
Cərimə növündə cəzanın icrası
Maddə 23.Cərimə növündə cəzanın icrası
qaydası
23.1. Məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi
gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə
ödəməlidir.icra məmurucərimənin ödənilmədiyi halda məhkumu,
ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir.
23.2. Məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində
ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı
ayadək müddətə təxirə salınması və yamüddəti göstərilməkləonun
hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.[19]
Maddə 24.Cərimənin məcburi qaydada tutulması
24.1. Məhkum cəriməni müəyyən edilmiş müddətdə
ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən
məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi
mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir.
24.2. Cərimənin tutulması o halda məhkumun əmək
haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu
əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.
Maddə 25.Cərimə növündə cəzanı icra edən
orqan
Əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə
cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin,
yaxud onun əmlakının olduğu yerinicra məmuru, digər əsas cəza
növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas
cəzanı çəkdiyi yerinicra məmurutərəfindən həyata keçirilir.
Maddə 26.Cəriməni ödəməkdən boyun qaçırmanın
nəticələri
Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni
ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə
payı və digər qazancı olmazsa məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza
növünüicra məmurununtəqdimatına əsasən ictimai işlər, islah
işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
Maddə 27.Cərimə növündə cəzanın icrasının qurtarması
İcra məmurucərimənin tam ödənilməsi haqqında hökmü çıxarmış
məhkəməyə məlumat verir.
V fəsil
Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə növündə cəzanın icrası
Maddə 28.Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası
28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə
azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin
edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün
surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə,
habelə bu cəzanın icrasına nəzarət edilməsi üçünicra məmurugöndərir.
28.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin
müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti
olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha
yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün
məhkumun yaşadığı yerinicra məmurunagöndərir.
28.3. ləğv edilmişdir.[20]
28.4. Cəzanın icrası müddətində məhkummüddətli
həqiqi hərbi xidmətə çağırılarsa və yahərbi xidmətə qəbul
edilərsə,icra məmurunuhökmün surətini cəzanın icrası üçünmüvafiq
hərbi komissarlığa və yaməhkumun xidmət yerinə göndərir.[21]
Maddə 29.Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı
işəgötürənin vəzifələri
29.1. İşəgötürən hökmün surətini aldığı gündən sonra
üç gün ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilmiş məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada xitam verir və məhkəmənin hökmünə uyğun olaraq məhkumun əmək
kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan
məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum
edilməsi barədə qeyd edir. Hökmü çıxarmış məhkəməyə bu barədə dərhal məlumat
verilir.
29.2. İşəgötürən hökmə zidd olmadıqda məhkumun
razılığı ilə ona başqa vəzifə və ya başqa fəaliyyət növü ilə məşğul olmaq
imkanı yarada bilər.
29.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs əmək müqaviləsi
bağlayarkən onun əmək kitabçasında müvafiq qeyd olmadıqda işəgötürən bu cəzanın
icrasına nəzarət edən müvafiqicra məmurununtəqdimatı ilə
məhkəmənin hökmünə uyğun olaraq həmin əmək kitabçasında onun hansı əsasla,
hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı
fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir.
29.4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə növündə cəza çəkmiş, yaxud qanunla müəyyən
edilmiş qaydada bu cəzadan azad edilmiş şəxsə onun xahişi ilə əmək kitabçası
əvəzinə bu kitabçanın cəza haqqında qeyd yazılmış dublikatı verilir.
Maddə 30.Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı
cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri
Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum olunmuş şəxslər əsas
cəzanı çəkərkən, cəzanı icra edən müəssisə və ya orqan bu şəxsləri hökmdə
qadağan edilmiş işlərə cəlb edə bilməz.
Maddə 31.Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı
məhkəmə icrasının vəzifələri
31.0. Məhkumun yaşadığı yerinicra məmuru:
31.0.1. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmünün tələblərinə
məhkumun riayət etməsinə nəzarət edir;
31.0.2. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmündə nəzərdə tutulan
tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır.
Maddə 32.Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası
müddətinin hesablanması
Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada
hesablanır.[22]
Maddə 33.Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icra
edilməməsinin nəticələri
33.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs hökmdə görülməsi ona
qadağan edilmiş işə girdikdə, yaxud hökmlə ona qadağan edilmiş fəaliyyətlə
məşğul olduqdaicra məmuruişəgötürənə məlumat verərək,
məhkumun hökmlə qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün
müddətində tədbir görülməsini təklif edir və onu hökmün icra edilməməsinin
məsuliyyətə səbəb olması barədə xəbərdar edir.
33.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilmiş məhkum cəzanın çəkilməsindən qərəzli boyun
qaçırdıqda, habelə vəzifəli şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə növündə cəzanı qərəzli icra etmədikdə onlar
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
VI fəsil
İctimai işlər növündə cəzanın icrası
Maddə 34.İctimai işlər növündə cəzanın icrası
qaydası
34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı
ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai
yerlərdəicra məmuruicra edir.
34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş
şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin
hökmünün surətini və müvafiq göstərişinin icraməmurutərəfindən
alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar.
34.3.icra məmuruməhkumların
qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir,
müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi
yerlərin siyahısını razılaşdırır, məhkumların davranışına nəzarət edir, onların
işləmiş olduğu vaxtın uçotunu aparır.
Maddə 35.İctimai işlər növündə cəzanın
çəkilməsi və icrası şərtləri
35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri
yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla
yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş
müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədəicra məmurunaməlumat
verməlidirlər.
35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin
verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır.
35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya
onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad
edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.
Maddə 36.İctimai işlər növündə cəzanın
müddətinin hesablanması
36.1. İctimai işlər növündə cəzanın müddəti saatla
hesablanır.
36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda
olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər
növündə cəzanın müddətiistirahət, səsvermə, iş günü hesab edilməyən
bayram günləri, ümumxalq hüzn günüvə məhkumun əsas işindən və ya
təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun
razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on
beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı
yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər
olduqdaicra məmuruməhkuma həftə ərzində müəyyən olunmuş
vaxtdan az işləməyə icazə verə bilər.[23]
Maddə 37.İctimai işlər növündə cəzanın icrası
zamanı işəgötürənin vəzifələri
İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürən
məhkumlar üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların
işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən
boyun qaçırma halları barədəicra məmurunaməlumat verir.
Maddə 38.İctimai işlər növündə cəza çəkən
şəxslərin məsuliyyəti
38.1. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsi
qaydalarını pozduqda,icra məmuruona məsuliyyət daşıyacağı
barədə rəsmi xəbərdarlıq edir.
38.2. Məhkum ictimai işlər növündə cəzanın
çəkilməsindən qərəzli boyun qaçırdıqda,icra məmuruAzərbaycan
Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzanınmüəyyən
müddətə azadlıqdan məhrum etmə növündə cəzailə əvəz edilməsi üçün
məhkəməyə təqdimat verir.[24]
Maddə 39.İctimai işlər növündə cəzanın
çəkilməsindən qərəzli boyun qaçırma
39.0. İctimai işlər növündə cəzanın çəkilməsindən
qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar.
39.0.1. üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai
işə çıxmayanlar;
39.0.2. ayda iki dəfədən çox cəzanın icrası yerlərində
əmək intizamını pozanlar;
39.0.3. cəzanı çəkməmək məqsədilə gizlənənlər.
VII fəsil
İslah işləri növündə cəzanın icrası
Maddə 40.İslah işləri növündə cəzanın icrası
yeri
İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə
çəkilir.
Maddə 41.İslah işləri növündə cəzanın icrası
qaydası
41.1. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu
şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər.
41.2. Hökm çıxarıldıqdan sonra ağır xəstəliyə düçar
olmuş məhkumlar və ya onların qanuni nümayəndələri cəzanın bu növünü daha
yüngül cəza növü ilə əvəz etmək haqqında məhkəməyə ərizə ilə müraciət edə
bilərlər. Həmin müraciət məhkəmə tərəfindən həll edilənədək göstərilən şəxslər
islah işlərini çəkməyə cəlb edilmirlər.
Maddə 42.İslah işləri növündə cəzanın
icrasının təşkili
42.1. İslah işləri növündə cəza çəkən məhkumların
islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata
keçirilir. Cəzanın çəkildiyi yer üzrə işəgötürən məhkumun davranışına nəzarət
edir və onunla tərbiyə işinin aparılmasındaicra məmurunakömək
edir.
42.2. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslər cəza çəkmək üçün müəyyən edilmiş qaydaya riayət etməli, cəzanın bu
növünü icra edənicra məmurununçağırışına gəlməlidirlər.
Üzrlü səbəblər olmadan bu tələbə əməl edilmədikdə, məhkum məcburi gətirilə
bilər. Məcburi gətirilmə məhkəmənin qərarı ilə həyata keçirilir.
Maddə 43.İslah işləri növündə cəzanın icra
edilməsi
43.1. İslah işləri növündə cəzanın çəkilməsi hökm
qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir.
43.2.icra məmuruislah işləri
növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökmün surətini və göstərişi
aldıqdan sonra üç gün müddətində hökmün surətini və müəyyən edilmiş formada
bildirişi işəgötürənə göndərir. Məhkum əvvəlki iş yerindən getdikdə və heç
yerdə işləmədikdə,icra məmuruməhkuma üç ay müddətində işə
girməyi təklif edir və zəruri olduqda ona işə düzəlməkdə kömək edir. Göstərilən
müddətdə məhkum üzrlü səbəblər olmadan işə girmədikdə, onun barəsində bu
Məcəllədə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.
43.3. İşsiz məhkum özü işə düzəlməli və yaicra
məmurununiştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata
durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina
edə bilməz.
Maddə 44.İslah işləri növündə cəzanın icrası
şərtləri
44.1. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə
müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə
pul tutulur.
44.2. İslah işləri növündə cəzanın icrası müddəti
məhkumun ümumi iş stajına daxil edilir.
44.3. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə
etmək hüququna malikdirlər.
Maddə 45.İslah işləri növündə cəzanın icrası
müddətinin hesablanması
45.1. İslah işləri növündə cəzanın icrası müddəti
məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə
hesablanır.
45.2. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza
üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır.
Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza
müddətinə hesablanması üçün bu Məcəllə ilə müəyyən edilmiş əsaslar olmadıqda,
islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin
məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir.
45.3. Məhkumun üzrlü səbəblərə görə işləmədiyi və
qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə
hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti
itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil
edilir.
45.4. Kənd təsərrüfatı müəssisələrində məhkumların
işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş
illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda,
obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi
müddətinə hesablanır.
45.5. İslah işləri növündə cəzanın icrası zamanı
məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar
qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın
icrası müddətinə hesablanmır.
Maddə 46.İslah işləri növündə cəzaya məhkum
olunmuş şəxslərin qazancından tutulmalar
46.1. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər
tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır.
46.2. Qazancdan tutulmalar əmək haqqı verilərkən hər
işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün
aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəkiqazancından
pul məbləği tutulur.[25]
46.3. Qazancdan tutulmalar pensiyalardan və
müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan
ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən
məbləğlərdən və başqa ödəmələrdən aparılmır.
46.4. Məhkumların qazancından tutulmalara onların
qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan
tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə
dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün
dövlətin nəfinə keçirilir.
46.5. Tutulmalar qazancın natura hissəsi daxil olduqca
təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır.
46.6. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv
olunduqda və ya dəyişdirildikdə məhkumun qazancından tutulmuş məbləğlər
tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.
Maddə 47.İslah işləri növündə cəzanın icrası
yeri üzrə işəgötürənin vəzifələri
47.0. İslah işləri növündə cəzanın icrası yeri üzrə
işəgötürən:
47.0.1. məhkəmə hökmünün məzmununu əmək kollektivinin
nəzərinə çatdırır;
47.0.2. iş yeri üzrə məhkumların davranışına nəzarət
edir və onlarla tərbiyə işinin aparılmasındaicra məmurunakömək
edir;
47.0.3. məhkumların əmək intizamına riayət etməsinə
nəzarət edir, onlara ixtisaslarının artırılmasında kömək edir;
47.0.4. məhkum barəsində həvəsləndirmə və tənbeh
tədbirlərinin tətbiq edilməsi və məhkumun cəza çəkməkdən boyun qaçırması, başqa
işə keçməsi və ya işdən azad olması haqqında əvvəlcədənicra məmurunaməlumat
verir;
47.0.5. məhkumun qazancından dövlət nəfinə tutulmaları
düzgün və vaxtında aparır və tutulmuş məbləğləri müəyyən edilmiş qaydada dövlət
nəfinə keçirir;
47.0.6. islah işləri növündə cəzanın icrası üçün bu
Məcəllədə nəzərdə tutulmuş şərtləri yerinə yetirir.
Maddə 48.İslah işləri növündə cəzanı icra
edənicra məmurununvəzifələri
48.0. İslah işləri növündə cəzanı icra edənicra
məmuru:
48.0.1. islah işləri növündə cəzaya məhkum olunmuş
şəxslərə zəruri hallarda işə düzəlməkdə köməklik göstərir;
48.0.2. məhkumların qazancından tutulmaların düzgün
aparılmasına və cəzanın icrası üçün bu Məcəllədə müəyyən edilmiş şərtlərə
işəgötürən tərəfindən riayət olunmasına nəzarət edir;
48.0.3. məhkumlarla tərbiyə işini aparır;
48.0.4. məhkumlar barəsində bu Məcəllədə nəzərdə
tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;
48.0.5. məhkum olunmuş şəxslərin fərdi qeydiyyatını
aparır;
48.0.6. yeri məlum olmayan məhkumların müəyyən olunmuş
qaydada axtarışını təşkil edir.
Maddə 49.İslah işləri növündə cəzaya məhkum
olunmuş şəxslər barəsində işəgötürənin tətbiq etdiyi mükafatlandırma və intizam
tənbehi tədbirləri
İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər
barəsində işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada mükafatlandırma və intizam tənbehi tədbirləri tətbiq edilir.
Maddə 50.İslah işləri növündə cəzaya məhkum
olunmuş şəxslər barəsindəicra məmurlarıtərəfindən tətbiq
edilən həvəsləndirmə tədbirləri
Nümunəvi davranışına görə məhkumaicra məmurutərəfindən
təşəkkür elan edilə və ya əvvəllər verilmiş tənbeh götürülə bilər.
Maddə 51.İslah işləri növündə cəzaya məhkum
olunmuş şəxslər barəsindəicra məmurlarıtərəfindən tətbiq
edilən tənbeh tədbirləri
51.1. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuruməhkuma
xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər.
51.2. Tənbeh verilməzdən əvvəl məhkumdan yazılı izahat
alınır. Xətanın aşkara çıxarıldığı gündən bir ay keçdikdən sonra məhkuma tənbeh
verilə bilməz. Məhkum ona verilmiş tənbehdən yuxarı vəzifəli şəxsə şikayət edə
bilər.
51.3. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslər cəzanı çəkməkdən boyun qaçırdıqda,icra məmuruonlara
rəsmi xəbərdarlıq edir.
51.4. İslah işləri növündə cəzaya məhkum olunmuş
şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qəsdən boyun qaçırdıqda,
icra məmuruAzərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq
islah işlərinin çəkilməmiş hissəsininazadlığın məhdudlaşdırılması və
yamüəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz
edilməsi haqqında məhkəməyə təqdimat verir.[26]
VIII fəsil[27]
Azadlığın məhdudlaşdırılması növündə cəzanın İcrası
Maddə 52.Azadlığın məhdudlaşdırılması növündə
cəzanın icrası yeri
52.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər cəzanı bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə
yerləşən xüsusi müəssisələrdə çəkirlər.
52.2. Cəzaları azadlığın məhdudlaşdırılması cəza növü
ilə əvəz edilmiş məhkumlar cəzanı çəkmək üçün digər xüsusi müəssisələrə
göndərilə bilərlər.
52.3. Azadlığın məhdudlaşdırılması növündə cəzanı icra
edən xüsusi müəssisənin müdiriyyəti cəza çəkmək üçün göndərilən şəxslərin əmək
və məişət təminatına köməklik göstərməlidirlər.
Maddə 53.Azadlığın məhdudlaşdırılması növündə
cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerlərinə göndərilməsi
53.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş və ya cəzaları bu cəza növü ilə əvəz edilmiş şəxslər cəzanın
icrası yerlərinə müstəqil gedirlər. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti
vəya icra məmuruməhkəmənin hökm və ya qərardadına əsasən
məhkuma cəzanın icrası yerinə getmək haqqında göstəriş təqdim edir. Göstərişi
alan məhkum göstərişdə müəyyən edilən vaxtda cəzanın icrası yerinə gəlməlidir.
53.2. Məhkum cəzanın icrası yerinə getmək haqqında
göstərişi almaqdan və ya cəzanın icrası yerinə getməkdən, habelə digər formada
cəzanın çəkilməsindən boyun qaçırarsa, bu halda məhkum məhkəmənin qərarı ilə
polis orqanları tərəfindən yeddi gün müddətinə tutulur.
53.3. Tutulduqdan sonra məhkum, müəyyən müddətə
azadlıqdan məhrum etməyə məhkum olunan şəxslər üçün müəyyən edilmiş qaydada
cəzanın icrası yerinə göndərilir və onun cəza çəkməkdən qərəzli boyun qaçırması
müəyyən edildikdə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən müddətə
azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat
verilir.
53.4. Xüsusi müəssisənin müdiriyyəti tərəfindən məhkum
qeydiyyata alındıqdan sonra ona beş gün müddətədək ailəsi ilə görüşmək üçün
icazə verilə bilər.
53.5. Ailəsi ilə görüşməyə icazə verilmiş məhkum
müəyyən olunmuş vaxtda xüsusi müəssisəyə qayıtmadıqda məhkəmənin qərarı ilə
polis orqanı tərəfindən tutulur.
Maddə 54.Azadlığın məhdudlaşdırılması növündə
cəzanın icrası müddətinin hesablanması
54.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın
icrası müddəti məhkumun xüsusi müəssisədə qeydiyyata alındığı vaxtdan
hesablanır.
AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ
Bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas
insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə
münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin
prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini,
dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.
Birinci bölmə
Ümumi müddəalar
1-ci fəsil
Ailə qanunvericiliyi
Maddə 1.Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun
əsasları
1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq
qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq,
atalıq, uşaqlıq qanunla mühafizə edilir.
1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə
münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından,
ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə
qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz
həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi
imkanlarından irəli gəlir.
1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi
baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq
icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu
müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini
nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması,
nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Maddə 2.Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən
münasibətlər
2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə)
nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması
qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və
uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə
başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların
tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının
könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı
razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların
rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək
qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin
olunması prinsiplərinə uyğun həyata keçirilir.
2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti
orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli,
dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada
məhdudlaşdırılması qadağandır.
2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının,
sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə
vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.
Maddə 3.Bu Məcəllənin vəzifələri
3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün
ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu
və hörmət hissləri əsasında qurulması;
3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə
sədaqət ruhunda tərbiyə edilməsi;
3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın
xoşbəxt həyatının təmin edilməsi;
3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə
edilməsi.
Maddə 4.Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi
Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə
qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə
mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları
tətbiq edilir.
Maddə 5.Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə
münasibətlərinə analogiya üzrə tətbiqi
Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya
tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə
tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə
zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq
normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və
vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə,
eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.
2-ci fəsil
Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi
Maddə 6.Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin
yerinə yetirilməsi
6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu
məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.
6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini
yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını,
azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.
Maddə 7.Ailə hüquqlarının müdafiəsi
Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq
icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən
olunmuş qayda müdafiə olunur.
Maddə 8.Ailə münasibətlərinə iddia müddətinin tətbiqi
8.1. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş
müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia
müddəti şamil olunmur.
8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər
tutur.
İkinci bölmə
Nikahın bağlanması və nikaha xitam verilməsi
3-cü fəsil
Nikahın bağlanma qaydası və şərtləri
Maddə 9.Nikahın bağlanma qaydası
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq
istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi
müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə
verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.[2]
9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə
uzadıla bilər.
9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah
ərizə verilən gün bağlana bilər.
9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.[3]
9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə
nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya)
məhkəməyə şikayət edə bilərlər.[4]
Maddə 10.Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.[5]
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına
çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların
xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Maddə 11.Nikahın bağlanma şərtləri
11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı,
bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini
təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları
zəruridir.[6]
11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana
bilməz.
Maddə 12.Nikahın bağlanmasına mane olan hallar
12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma
və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən
imtina edən şəxslər;[7]
12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq
nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən
şəxslər.
Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi[8]
13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin
şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri
üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və
ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin
nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış
verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini
təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci
maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin
şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
13.4. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini
təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq
barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının
vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin
nəticələrini tələb edə bilməz.
13.5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası
və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq
edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri
həkim sirridir.
13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və
insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən
gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə
müraciət edə bilər.
4-cü fəsil
Nikaha xitam verilməsi
Maddə 14.Nikaha xitam verilməsinin əsasları
14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə
nikaha xitam verilir.
14.2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də
məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın)
qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
Maddə 15.Ərin nikahın pozulmasını tələb etmək hüququnun
məhdudlaşdırılması
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il
müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia
qaldıra bilməz.
Maddə 16.Nikaha xitam verilməsi qaydası
Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin
19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata
keçirilir.
Maddə 17.Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi
17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha
onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə
bilər.
17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı
olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı
hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab
edildikdə;
17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan
məhrum olunduqda.KMQ1
17.3. ləğv edilmişdir.[9]
17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən
olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Maddə 18.Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması
zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması
Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti
olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də
tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən
azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında
uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın
pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.
Maddə 19.Nikahın məhkəmə qaydasında pozulması
19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər
(arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra
hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina
etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın
pozulması məhkəmə qaydasında həyata keçirilir.
Maddə 20.Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə
qaydasında pozulması
20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının
qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında
pozulur.
20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda,
məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala
bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid
etdikdə nikah pozulur.
Maddə 21.Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə
qaydasında pozulması
21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın
pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci
maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında
araşdırılmadan pozulur.
21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə
sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş
olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu
Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin
müdafiəsi üçün tədbirlər görür.
21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə
verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Maddə 22.Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə
məhkəmənin həll etdiyi məsələlər
22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik
yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı
olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin
ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə
mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad
arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin
marağını pozduqda, məhkəmə:
22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların
valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda
tutulduğunu müəyyən etməli;
22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə
mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;
22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik
olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin
miqdarını müəyyən etməlidir.
22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak
bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.
Maddə 23.Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı
23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət
qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə
məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş
sayılır.
23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.
23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi
gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti
orqanına göndərməyə borcludur.
23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər
yenidən nikaha daxil ola bilməz.
Maddə 24.Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər
(arvad) gəlib çıxdıqda nikahın bərpası
24.1. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib
çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra
hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.
24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.
5-ci fəsil
Nikahın etibarsızlığı
Maddə 25.Nikahın etibarsız sayılması
25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə
tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin
ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.[10]
25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.
25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş
qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra
hakimiyyəti orqanına göndərməyə borcludur.
25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız
sayılır.
Maddə 26.Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan
şəxslər
26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna
malikdirlər:
26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha
daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə
olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun
valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;
26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni
hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa —
yalnız həmin 18 yaşlı ər (arvad);
26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni
məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın
bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və
onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən
hüquqları pozulmuş ər (arvad);
26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər
(arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin
(arvadın) isə qəyyumu;
26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş
şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla
bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq
icra hakimiyyəti orqanı;
26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər
(arvad);
26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda,
hüquqları pozulmuş ər (arvad).
26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət
qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması
barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb
olunmalıdır.
Maddə 27.Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar
27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın
bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin
halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.
27.2. Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə,
eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah
yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı
məhkəmə rədd edə bilər.
27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki
olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.
27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş
qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə
pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah
sonradan etibarsız sayıla bilməz.
Maddə 28.Nikahın etibarsız sayılmasının nəticələri
28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən
olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın
qarşılıqlı hüquq və vəzifələrini yaratmır.
28.2. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka
Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında
müddəaları tətbiq edilir.
28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında
bağlanmış nikah müqaviləsi etibarsız sayılır.
28.4. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın
etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların
hüquqlarına təsir etmir.
28.5. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması
nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu
Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah
etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın
bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37-ci maddələrində müəyyən edilmiş
normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən
etibarlı hesab edə bilər.
28.6. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki
qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər.
28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman
keçdiyi soyadı saxlaya bilər.
Üçüncü bölmə
Ər-arvadın hüquq və vəzifələri
6-cı fəsil
Ər-arvadın şəxsi hüquq və vəzifələri
Maddə 29.Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi
29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və
kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində
bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin
digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə
həll edilir.
29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.
29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi
əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət
göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların
sağlamlığının qayğısına qalmalıdırlar.
Maddə 30.Ər-arvadın soyad seçmək hüququ
30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi
soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz
ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
30.2. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda
soyadların birləşdirilməsinə yol verilmir.
30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının
dəyişdirməsinə səbəb olmur.
30.4. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan
əvvəlki soyadını bərpa etmək hüququna malikdir.
7-ci fəsil
Ər-arvadın əmlakının qanuni rejimi
Maddə 31.Ər-arvadın əmlakının qanuni rejimi anlayışı
31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi
hesab olunur.
31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın
əmlakının qanuni rejimi fəaliyyət göstərir.
31.3. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində
ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının
mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.[11]
Maddə 32.Ər-arvadın birgə mülkiyyəti
32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə
mülkiyyəti sayılır.
32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti
nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də
xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya
digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə
ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz
əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına
qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin
adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən
qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı
sair əmlak daxildir.
32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul
olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər
(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Maddə 33.Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və
sərəncam hüququ
33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam
hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.[12]
33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar
əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman
edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı
üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür
razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı
olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.[13]
33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə
notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması
üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin
(arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu
əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə
mübahisələndirilə bilər.[14]
Maddə 34.Ər-arvadın hər birinin mülkiyyəti
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə
hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə
etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər
birinin əmlakıdır).
34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,
ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də,
ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Maddə 35.Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti
sayılması
Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı,
yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının
dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma,
avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə
mülkiyyəti sayıla bilər.
Maddə 36.Ər-arvadın ümumi əmlakının bölünməsi
36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də
onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni
ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi
əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə
saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu
əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata
keçirilir.
36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər
birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın
dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və
ya başqa kompensasiya verilə bilər.
36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı
yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti
hesab edə bilər.
36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə
olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi
alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə
birgə yaşayan valideynə verilir.
36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi
uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi
əmlakın bölünməsi zamanı nəzərə alınmır.
36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın
bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların
birgə mülkiyyətini təşkil edir.
36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında
onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
Maddə 37.Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların
müəyyən edilməsi
37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,
onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların
mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən
ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti
ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə
mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun
olaraq müəyyən edilir.
8-ci fəsil
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi
Maddə 38.Nikah müqaviləsi və onun məzmunu
38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah
dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və
vəzifələrini müəyyən edən sazişdir.
38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən
olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya
ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi
tətbiq edə bilərlər.
38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri
əmlaka dair bağlana bilər.
38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması,
bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində
iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə
düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa
müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
38.5. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən
müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı
ola bilər.
38.6. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz
hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara
münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi
qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti
olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran,
ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin
əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Maddə 39.Nikah müqaviləsinin bağlanma qaydası
39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər,
eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
39.2. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah
müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə
minir.
39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında
təsdiq olunur.
Maddə 40.Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və
etibarsız hesab edilməsi
40.1. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin
39.3-cü maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər.
40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol
verilmir.
40.3. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah
müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin
dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada
dəyişdirilə və ya pozula bilər.
40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə
tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah
müqaviləsinə də xitam verilir.
40.5. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə
tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.
40.6. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda
nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin
bu Məcəllənin 38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri
əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir.[15]
9-cu fəsil
Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət
Maddə 41.Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi
41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına
və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə
bilər.
41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin
öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu
məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə
ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin
öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət
daşıyırlar.
41.3. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə
qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə
müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.
41.4. Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad
mülki qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu halda
ödəmənin ər-arvadın əmlakına yönəldilməsi bu Məcəllənin 41.2-ci maddəsinə uyğun
həyata keçirilir.
Maddə 42.Nikah müqaviləsi bağlanarkən, dəyişdirilərkən və
pozularkən kreditorların hüquqlarına təminat verilməsi
42.1. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər
(arvad) öz kreditoruna (kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə
yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz
öhdəliklərinə görə məsuliyyət daşıyır.
42.2. Kreditor (kreditorlar) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
əsasən nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını
tələb etmək hüququna malikdir.
Dördüncü bölmə
Valideynlərin və uşaqların hüquq və vəzifələri
10-cu fəsil
Uşaqların mənşəyinin müəyyən olunması
Maddə 43.Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma
əsasları
Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən
olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
Maddə 44.Uşağın mənşəyinin müəyyən edilməsi
44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində
doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan
olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar
əsasında məhkəmə tərəfindən müəyyən olunur.[16]
44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın
pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən
300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri
(keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq
olunur.
44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və
anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən
olunur.
44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın
yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum
edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın
atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə
müəyyən olunur.
44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın
doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda
gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq
icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna
malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına
yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə
isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol
verilir.
Maddə 45.Məhkəmə qaydasında atalığın və atalığın tanınması
faktının müəyyən olunması
45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin
birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın
valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın,
habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə
qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə
əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab
edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual
qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
Maddə 46.Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında
qeyd
46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə
uşağın valideynləri kimi qeyd olunurlar.[17]
46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında
qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə
ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında
aparılır.
46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması
barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum
haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır.
Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun
implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin
metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın)
razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə
alınırlar.
46.5. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun
implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan
qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
Maddə 47.Atalığa, analığa dair mübahisə açma
47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum
haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə
yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi
valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya
uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan
hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış
şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun
atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
47.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun
implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu
vəziyyətə əsaslanmaq hüququ yoxdur.
47.4 Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə
uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı
doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin
vəziyyətə əsaslana bilməz.
Maddə 48.Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və
vəzifələri
Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq
müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə,
öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və
vəzifələri daşıyırlar.
11-ci fəsil
Ailədə uşaqların hüquqları
Maddə 49.Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ
49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti
əldə etməyən şəxslər uşaq hesab olunurlar.
49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini
tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan
hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının
təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna
malikdir.
49.4. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum
olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə
tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 50.Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə
olmaq hüququ
50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa
qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması,
valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət
hüququna malikdir.
50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri
ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda,
müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş
qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Maddə 51.Uşağın müdafiə hüququ
51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir.
51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər
(onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə
müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam
fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o
cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər.
51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə
etmə hallarından müdafiə olunmaq hüququ vardır.
51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən
valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə
yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını
qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə
məhkəməyə müraciət etmək hüququna malikdir.
51.6. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması,
hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli
şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra
hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı
bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi
üçün zəruri tədbirlər görməyə borcludur.[18]
51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti
orqanları nəzarət edirlər.[19]
Maddə 52.Uşağın öz fikrini bildirmək hüququ
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz
fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların
gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar
istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu
Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı
yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.
Maddə 53.Uşağın ad, ata adı və soyad daşımaq hüququ
53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.
53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına
görə verilir.
53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən
edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin
razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın
verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.[20]
53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq
olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həll olunur.
53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu
Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin
adına görə, soyad isə ananın soyadına görə verilir.
Maddə 54.Uşağın adının və soyadının dəyişdirilməsi
54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun
adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına
dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini
nəzərə alaraq icazə verə bilər.
54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz
soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər
valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll
edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o
valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab
edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən
yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq
qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra
hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu
xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək
hüququna malikdir.
54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə
dəyişdirilə bilər.
Maddə 55.Uşağın əmlak hüquqları
55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin
beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna
malikdir.
55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ
valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar
tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50
faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış
bank hesabına köçürmək barədə qərar çıxara bilər.
55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka,
habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna
malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ
Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən
olunur.
55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə
uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair
qaydalar şamil olunur.
55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət
hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı
razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka
sahiblik edə bilərlər.
55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak
üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən
edilir.
12-ci fəsil
Valideynlərin hüquq və vəzifələri
Maddə 56.Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi
56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə
malikdirlər.
56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər
nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə
müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin
bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
Maddə 57.Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları
57.1. Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və
onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.
57.2. Yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, onların
uşaqları doğulduqda həmin valideynlər 16 yaşına çatdıqdan sonra atalığın
(analığın) müəyyən edilməsində müstəqil hərəkət edə bilərlər. 16 yaşı tamam
olmayan valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün qəyyum təyin
oluna bilər.
57.3. Uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı
narazılıq qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
57.4. Yetkinlik yaşına çatmayan valideynlər öz uşaqlarına münasibətdə
atalığı və analığı ümumi əsaslarla qəbul etmək, atalığa (analığa) dair mübahisə
açmaq, habelə 14 yaşına çatdıqdan sonra məhkəmə qaydasında atalığı (analığı)
müəyyən etmək hüququna malikdirlər.
Maddə 58.Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və
vəzifələri
58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və
uşaqlarını tərbiyə etməyə borcludurlar.
58.2. Valideynlər uşaqlarının t