Partnyorlar

Mustafa Rəşidov

“M and Partners hüquq firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və idarəedici partnyorudur. Ali təhsillidir. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsinin bakalavr və magistr dərəcəsi üzrə məzunudur. Əsas fəaliyyət sahələri bank və maliyyə, sığorta, korporativ hüquq, müqavilə hüququ, əmlak hüququ və s.-dən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində danışır. Mustafa Rəşidov çoxsaylı elmi seminar və treninqlərin iştirakçısı olmuş, o cümlədən, beynəlxalq arbitraj məhkəmələri ilə iş təcrübəsinə malikdir.



Cabbar Həsənov

“M and Partners hüquq firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin partnyorudur. Ali təhsilli hüquqşünasdır. Cinayət hüquq, inzibati hüquq, korporativ hüquq, müqavilə hüququ, ailə hüququ üzrə ixtisaslaşmışdır. Azərbaycan və rus dillərində danışır. Cabbar Həsənov çoxsaylı təlim və treninqlərin iştirakçısı olmuş, o cümlədən, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası üzrə təlimçidir.
2012-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.



Hafiz Nəcəfli

Hafiz Nəcəfli “M and Partners hüquq firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasıdır. Ali təhsillidir. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsinin məzunudur. Əsas fəaliyyət sahələri bank və problemli borcların ödənilməsi məsələləri, müxtəlif müqavilələrin tərtibi və təhlil edilməsi, əmlak məsələləri, ailə hüququ, həmçinin mübahisəli məsələlərin həll edilməsi, müştərilərin məhkəmə proseslərində təmsil olunması və s.-dən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində danışır.



Ofelya Əliyeva

Ofelya Əliyeva “M and Partners hüquq firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə 2017-ci ildə qoşulmuşdur. Onun əsas fəaliyyət sahələri korporativ hüquq və müqavilələr hüququdur. O, müxtəlif müqavilələrin tərtibi və təhlil edilməsi, hüquqi şəxslərin təsis edilməsi və qeydiyyatı, birləşmə və şirkətlərə məxsus payların alqı-satqısı, habelə şirkətlərin yenidən təşkili ilə məşğuldur. Ofelya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsini 2015-ci ildə bitirib. O, Azərbaycan, rus və ingilis dillərində danışır.